SƏNAYE

28 Mart

Azərbaycanda ev şəraitində dezinfeksiya maddəsi hazırlayan cihaz yaradılıb

Azərbaycanda ev şəraitində dezinfeksiya maddəsi hazırlayan cihaz yaradılıb
Azərbaycan Startup Movement (ASM) təşkilatı xörək duzu və sudan ucuz və effektiv dezinfeksiya maddəsi hazırlayan cihazın konsept dizaynını hazırlayaraq ABŞ-da yerləşən dünyanın məhşur indiegogo.com platformasına təqdim edib.

Bunu fins.az-a ASM-in rəhbəri Zaur Qardaşov deyib.
Onun sözlərinə görə, investorların ilkin tanışlığından sonra cihaz kroudfunding (vəsait toplama) mərhələsinə keçəcək və rəsmi kampaniyaya start veriləcək.
"Bu cihazla ev şəraitində gündə 5 litrə qədər dezinfeksiya maddəsi hazırlamaq olar. 1 litr dezinfeksiya maddəsinin (0,25% Sodium Hipoxlorid) hazırlanması cəmi 0,15 manata başa gəlir. Dezinfeksiya maddəsi həmdə effektiv yuyucu və ağardıcı vasitə kimi də istifadə edilə bilər",- deyə Z. Qardaşov qeyd edib.
O həmçinin əlavə edib ki, dünyada koronavirusla bağlı dezinfeksiya maddəsinin çatışmamazlığını nəzərə alaraq, cihazın tam zamanında ərsəyə gəlməsi, Azərbaycan iqtisadiyyatına dünyanın müxtəlif ölkələrindən ciddi investorların cəlb olunacağı istisna olunmur. 
Qeyd edək ki, layihə ilə bağlı ətraflı məlumat INDIEGOGO platformasında bu ünvanda yer alıb: 
//www.indiegogo.com/projects/hypo-home-hypochlorite-disinfectant-liquid-maker/coming_soon/x/21826801