AVTO

21 Noyabr

Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası yaradılacaq

Ötən gün Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin Milli Avtomobil Daşıyıcıları Assosiasiyaları rəhbərlərinin təsisat iclası keçirilirb.

Fins.az xəbər verir ki, toplantıda müzakirə edilən əsas məsələ "Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyinin (TDT-URTA)" yaradılması ilə bağlı olub. İştirakçı tərəflər Birliyin yaradılması qərarını yekdilliklə dəstəkləyib.

Tədbirdə ölkəni Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) rəhbəri cənab Həbib Həsənov təmsil edib.