Çin avtomobilləri Avrasiya bazarlarında getdikcə yayılmaqda olsa da, Avropa bazarına daxil olmaqda çətinliklərlə qarşılaşır.
Bu barədə Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Onun sölərinə görə, Çin avtomobilləri hələ də Avropa İttifaqı ölkələrində geniş yayılmayıb:
“Çinin məşhur şirkəti elektrik mühərrikli avtomobillər istehsal etsə də, Avropa bazarına çıxışda çətinliklər yaşayır. Bu çətinliklər əsasən Avropa İttifaqının ekoloji və təhlükəsizlik tələbləri ilə bağlıdır. Çinin avtomobil sənayesi bu tələbləri tam mənimsəyə bilməyib”.
E.Cəfərov qedy edib ki, Çin avtomobil sənayesi hələ də Avropa standartlarına uyğun ekoloji və təhlükəsizlik tələblərini tam mənimsəyə bilməyib:
“Avropa bazarına daxil olmaq üçün avtomobillərin qəza testlərindən (kraş testlər) uğurla keçməsi vacibdir və Çin avtomobil şirkətləri hələ bu testlərdə tam müvəffəqiyyət əldə etməyiblər. Bu testlər, Çinin qlobal avtomobil bazarında daha geniş yayılmasının qarşısında duran ən böyük maneələrdən biridir”.
Fuad Mədətov
Fins.az