Polşanın Carlex Design atelyesi Mercedes-Benz G-Class modelini retro üslubda yeniləyən G-Vintage layihəsini təqdim edib.
Fins.az xəbər verir ki, layihə çərçivəsində 2018-ci ildən istehsal olunan G-Class modellərinin xarici görünüşü və interyeri təkmilləşdiriləcək, mühərriki isə 805 at gücünə qədər gücləndiriləcək. G-Class-ın bamperləri, diskləri və kuzovu müştərinin istəklərinə uyğun yenilənəcək.
Daxili dizaynda süni köhnəldilmiş dəri və qiymətli materiallardan istifadə olunacaq. Layihə hələlik yalnız kompüter renderlərində mövcuddur, lakin reallığa çevriləcəyi gözlənilir.
Qiymət siyahısı açıqlanmasa da, layihənin qiyməti 189 min avrodan çox ola bilər.
Fuad Mədətov
Fins.az