AVTO

04 Sentyabr

Ford Maverick-in qiyməti niyə sürətlə yüksəlir?

"Ford Maverick" 2021-ci ildən bəri ABŞ bazarında böyük maraq doğurub və 94 min ədəd satılıb. Hazırda pikap yenilənmiş versiyası ilə təqdim edilib.

Fins.az xəbər verir ki, yeni Maverick daha aqressiv görünüşə malikdir və yeni faralar, radiator barmaqlığı və bamperi ilə diqqət çəkir. Lariat versiyasında 19 düymlük təkər diskləri və opsional "Black Package" dəsti mövcuddur. Kuzov rəngləri palitrası genişləndirilib.

İnteryerdə 13,2 düymlük yeni media ekranı və rəqəmsal cihazlar paneli ilə təchiz edilib. Yük bölməsində əlavə bölmələr və elektrik rozetkaları mövcuddur.

Hibrid versiya eyni 2,5-litrlik mühərriklə qalır, amma indi həm ön, həm də tam ötürmə sistemi ilə təklif olunur. Ön ötürməli pikap 680 kiloqram, tam ötürməli isə 635 kiloqram yükləyə bilir. Benzin versiyasında isə 2.0 EcoBoost mühərriki və səkkiz pilləli avtomatik transmissiya mövcuddur; bu versiya tam ötürməli olur və yükgötürmə qabiliyyəti 680 kiloqramdır. Tremor ofroud versiyası isə 517 kiloqram yük daşıya bilir.

Yeni Ford Maverick-ə ABŞ-da sifarişlər avqustun 1-dən qəbul edilir, lakin ilk avtomobillərin müştərilərə çatdırılması ilin sonuna planlaşdırılır. Qiymətlər 26,300 dollardan başlayacaq, əvvəlki modellərin qiyməti isə 23,900 dollardır.

Fuad Mədətov
Fins.az