2023-cü ildə Peugeot satışlarını əvvəlki ilə görə 6% artıraraq 1 milyon 124 min 268 ədədlə ili geridə qoydu.
Fins.az xəbər verir ki, güclü böyümə əldə edən marka, Yaxın Şərq və Afrikada 135 min 65 ədəd satışa çatdı. Bölgənin 21 ölkəsində bazar payını artıran Peugeot, Türkiyədə 6,4% bazar payı ilə ilk 10-luq arasında ən sürətlə böyüyən marka olaraq önə çıxdı. 2023-cü ildə 103 min 660 ədəd satışla Latın Amerika bazarını bağlayan Peugeot, Hindistan-Asiya Sakit Okean-Çin bölgələrində 60 min 597, Şimali Amerikada isə 13 min 224 ədəd satışla böyüməsini davam etdirdi.
2023-cü ili Peugeot 208 ilə B seqmentində podiumda tamamlayan marka, E-208 ilə elektrik B seqmentinin başında idi. Peugeot 2008 və E-2008 B-SUV və elektrik B-SUV seqmentlərində ilk 3-lük arasında idi. Markanın ən yeni oyunçularından biri olan Peugeot 408 də 55 min 962 ədəd qlobal satışla güclü bir performans nümayiş etdirdi. Türkiyə 9 min 729 ədədlə Peugeot 408-in dünyada ən çox satıldığı ölkə kimi diqqət çəkib.
Markanın yüngül ticari avtomobil bazarında iddialı oyunçuları olan Peugeot Partner və Rifter, 2023-cü ildə 121 min 560 ədəd satışla kompakt furqon seqmentinin liderliyini qoruyub saxladı. 2023-cü ildə güclü performans göstərərək böyümə hərəkətini davam etdirən Peugeot-un ən çox seçildiyi bazarlar bunlardır: Fransa (305 min 295 ədəd), İtaliya (91 min 319 ədəd), İngiltərə (88 min 467 ədəd), Türkiyə ( 78 ədəd).1,632 ədəd), İspaniya, Almaniya, Argentina, Benilüks, Çin və Braziliya.
Günel Məlikzadə
Fins.az