AQRO

02 Sentyabr

Aqrar Tədqiqatlar Mərkəzi və Ankara Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində (ATM) Türkiyənin Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Kənd təsərrüfatının iqtisadiyyatı bölümünün rəhbəri professor İlkay Dellalla görüş olub.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov qonağı salamlayaraq Mərkəz haqda geniş məlumat verib. Öz növbəsində İlkay Dellal da Ankara Universiteti, Universitetin  Kənd təsərrüfatı fakültəsi, habelə rəhbərlik etdiyi Kənd təsərrüfatının iqtisadiyyatı bölümü barədə məlumatları bölüşüb.

Fins.az xəbər verir ki, görüşdə iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri ilə bağlı görülən işlər, həyata keçirilən araşdırma və tədqiqatlar ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.

ATM rəhbəri Mərkəzin tədqiqatçılarının Ankara Universitetində, Ankara Universitetinin tədqiqatçılarının isə Aqrar Tədqiqatlar Mərkəzində qarşılıqlı təcrübə mübadiləsinə cəlb olunmalarını təklif edib. Tərəflər hər iki qurumda çalışan alimlərin birlikdə müxtəlif iqtisadi modellərin tətbiqini, yeni modellərin yaradılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Zemfira Ms
Fins.az