AQRO

18 May

Bu il Masallıda 260 hektar sahədə çəltik əkiləcək

Bu il Masallı rayonunda 260 hektar sahədə çəltik əkiləcək. Artıq çəltik sahələrinin 100 hektarı əkinə hazırlanıb.

Bu barədə Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il rayonun çəltik sahələrində əsasən “Apollo”, “Haşimi”, “Okean”, “Sədri” və “Şirudi” çəltik növləri əkiləcək.

Qeyd edək ki, ötən il Masallıda 253,9 hektar çəltik sahələrindən 868 ton məhsul yığılıb. Çəltiyin hər hektarından götürülən məhsuldarlıq 34,2 sentner təşkil edib.