ANALİTİKA

05 Yanvar

Azərbaycan xarici investisiyaların 10 prioritet istiqaməti siyahısına daxildir

Azərbaycan 2024-cü ilə birbaşa xarici investisiyaların (BXİ) prioritet istiqamətləri siyahısında yeddinci yer tutmaqla mühüm investisiya impulsu ilə qədəm qoyur.

Bu barədə məlumat "FDI Standouts Watchlist" illlik tədqiqatının nəticələrində qeyd olunub.

Tədqiqata əsasən, Azərbaycanın dayanıqlı makroiqtisadi göstəriciləri ölkənin bütün dünyada BXİ üçün aparıcı istiqamətlərdən biri olmasında mühüm rol oynayıb.

"fDi" tədqiqatında dünyada 50 ən böyük BXİ istiqamətinin makroiqtisadi göstəriciləri və BXİ yolları qiymətləndirilir. Tədqiqatda Beynəlxalq Valyuta Fondunun (BVF) və "fDi Markets" adlı transsərhəd investisiyalarının monitorinq məlumatlarından istifadə olunur. Kompleks təhlilin məqsədi ilə güclü makroiqtisadi göstəricilərlə və BXİ-nin mühüm artım sürəti ilə başlayan ölkələri aşkarlamaqdan ibarətdir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü ildə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) 2,5 faiz səviyyəsində artımını proqnozlaşdırır.

Siyahının lideri investisiya artımının yüksək sürətini 2024-cü ildə də qoruyub saxlayan Kamboca olub. Ölkə yüksək iqtisadi artım sürəti, 2024-cü ildə ÜDM-in 6,1 faiz gözlənilən artımı, eləcə də Çin və Cənubi Koreya ilə uğurlu ticarət münasibətləri sayəsində siyahıya liderlik edib.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Xəzər regionunda qonşusu olan Qazaxıstan "fDi Intelligence" tərəfindən təşkil olunan 2024-cü il üzrə BXİ reytinqində 6-cı yer tutub.

Azərbaycan, Qazaxıstan və Kambocadan başqa siyahıya həmçinin, Filippin, Keniya, İraq, Namibiya, Mərakeş, Serbiya və Hindistan daxil olub.