Kritik xəstəliklərə qarşı sığorta bazarında yeni imkanlar yaranır

Kritik xəstəliklərə qarşı sığorta bazarında yeni imkanlar yaranır

SIĞORTA
171

Fins.azPAŞA Həyat Sığorta ASC müştərilərinə sağalmaz xəstəliklərə qarşı maliyyə təminatı təqdim edən “100 Qat Sığorta” həyat sığortası məhsulunu təklif edir.

Şirkətin məlumatına görə, məhsul xərçəng, leykemiya, limfoma, insult, miokard infarktı, böyrək çatışmazlığı, əsas orqanların transplantasiyası, iflic və digər ağır xəstəliklər üzrə maliyyə təminatı yaradır.

Bildirilib ki, sığorta bütün dünya üzrə keçərlidir. Müddəti 1 il, sığorta məbləği 2 000 AZN, sığorta haqqı isə 20 AZN təşkil edir.

PAŞA Həyat Sığorta qeyd edir ki, “100 Qat Sığorta” məhsulu sığorta müddəti ərzində ilkin diaqnoz qoyulan müəyyən sağalmaz xəstəliklər üzrə seçilmiş sığorta məbləğinin 100 qatı həcmində həyat sığortası təminatı təqdim edir.

Şirkətin məlumatına əsasən, məhsul sağlamlıqla bağlı gözlənilməz risklərə qarşı maliyyə müdafiəsini gücləndirmək və sığortalılara daha etibarlı təminat yaratmaq məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kritik xəstəliklərə qarşı sığorta bazarında yeni imkanlar yaranır — Fins.az — Fins.az