Zeynal Kərimzadə: Epoint.az Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun başlanğıcıdır

Fins.az Azərbaycanda elektron ticarət sahəsində innovativ tətbiqetmə olan  Epoint.az platformasının müəllifi, həmçinin “Global Innovations” MMC -nin təsisçisi və direktoru olan Zeynal Kərimzadə ilə müsahibəni təqdim edir.

Elektron ticarət platformaları, sahibkarlara məhsullarını birbaşa müştərilərə satmaq üçün istifadə edilə bilən müxtəlif xidmətləri təqdim edərək satışlarını həyata keçirtməyə, yerləşdirməyə və idarə etməyə imkan verir. İnternet, satış üçün çox böyük imkanları yaradır və bu gün koronavirus pandemiyası şəraitində həm dünyada, həm də Azərbaycanda elektron ticarət inkişafı sürətlə artır. Epoint.az platformasından istifadə etməklə, ölkədə daha da populyarlaşan elektron ticarətin sürətli inkişafı və genişlənməsi müşahidə olunur. Bu haqda da aşağıdakı müsahibədə daha ətraflı müzakirə ediləcək.

– Epoint.az platformasının ideyası necə yaranıb? Bu platforma ilk növbədə kim tərəfindən, necə və kim üçün yaradılıb?

Şirkətimiz olan, “Global Innovations” MMC, orta və kiçik sahibkarların işini asanlaşdırmaq və rəqəmsallaşdırmaq üçün texnoloji həllərin hazırlanması ilə məşğuldur. İllər ərzində bizneş müştərilərinin işini təkmilləşdirmək üçün biz müxtəlif veb saytlar, onlayn platformalar, portallar yaratdıq. Artıq portfelimizdə bizneslərə və yeni startaplara ideyaları üçün onlayn rejimdə vəsait toplamağa və bizneslərini genişləndirməyə kömək etmək məqsədi daşıyan, tanınmış “Wish.az – Kraudfandinq Platforması” layihəsi var idi. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən İnnovasiya Mükafatı 2020 nominasiyasında keçirilən seçmə nəticələrinə görə, biz bu layihə ilə 2020-ci ilin ən innovativ layihələrinin ilk üçlüyünə daxil olduq.

Sonradan pandemiya dövrü başladı, bir çox müəssisələr müvəqqəti olaraq bağlanmaq məcburiyyətində qaldı, bəziləri yeni reallığa uyğunlaşdı və mümkün kanallar və mənbələr vasitəsilə onlayn satış etməyə başladı. Bazarda satış kanallarını, çatdırılmanı, sahibkarlar üçün onlayn ödənişləri tez bir zamanda qoşmaq, onlayn loyallıq sistemlərini tətbiq etmək və malların hesabatını aparmaq üçün rəqəmsal həllərə təcili ehtiyac yarandı. O an biz analadıq ki, Azərbaycanda onlayn dövrünün vaxtı artıq gəlib çatıb və sahibkarlara biznesin inkişafı üçün onlayn kanallar vasitəsi ilə hər cür şərait təqdim etmək zamanıdır. Tərəfdaş şirkətlər ilə birlikdə sahibkarların bir çox problemlərini həll edən, işlərini sadələşdirən və rəqəmsallaşdıran, onlayn satış və ödəniş kanallarına çıxışı təmin edən bir platforma yaratmağa qərar verdik. Bu layihədə biz tərəfdaşlarımız – Visa beynəlxalq ödənış şirkəti və BDO beynəlxalq audit şirkəti tərəfindən dəstək aldıq və onlar bizə layihəni daha sürətli və daha keyfiyyətli həyata keçirtmək və ölkə miqyasında genişləndirmək imkanı yaratdı.

Layihə üzərində iş təxminən 6 ay davam etdi və 2021-ci ilin iyun ayının əvvəlində platformanın tam versiyasını təqdim edə bildik. İşə salınandan bu günə qədər, biz platformanın təkmilləşdirilməsi və sahibkarlar üçün yeni funksiyaların əlavə olunması və təkmilləşdirilməsi üzərində daim çalışırıq.

Epoint.az yaratmaqda əsas məqsəd nədir?

Platformanın əsas məqsədi – sahibkarların onlayn sistemlərə qoşulmasını asanlaşdırmaq, mallarını rəqəmsal kanallar vasitəsilə tez və səmərəli şəkildə satmaq, bank kartlarından onlayn ödəmələri qəbul etmək və vəsaitləri 7/24 rejimdə biznes kartlarına almaqdır. Biz həmçinin sahibkarların işini asanlaşdıracaq, xərcləri azaldıb və gəlirlərini artıracaq bir sıra funksiyalar üzərində işləyirik. Epoint.az layihəsi Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoyuluşu və kiçik və orta sahibkarlığın rəqəmsallaşdırılması prosesinin başlanğıcıdır.

– Platformadan istifadə etmək nə dərəcədə asandır? Necə qeydiyyatdan keçmək və satışa başlamaq olar?

Platformadan istifadə çox asandır. Qeydiyyat prosesi təxminən 3 dəqiqə çəkir. Bütün proses müştərilər üçün online platforma vasitəsi ilə həyata keçirilir. Müştərilər ilə əlaqə saxlayırıq və gün ərzində fiziki sənədləri imzalayırıq, daha sonra onlar platformanın imkanlarından tam olaraq istifadə edə bilərlər. Hal-hazırda, Asan İmza və Asan Login xidmətlərinin inteqrasiyasını “Best Solutions” şirkəti ilə bərabər tətbiq edirik, bundan sonra fiziki sənədlərə ehtiyac tamamilə yox olacaq və bütün proses rəqəmsallaşdırılacaq.

– Platformanın həm sahibkarlar, həm də alıcılar üçün əsas üstünlükləri nələrdir?

Sahibkarlara sadəcə bir platforma deyil, bütöv bir ekosistem təklif edirik. Epoint.az platformasına qoşulan sahibkarlar iş aparmaq üçün bir sıra xidmətlər əldə edirlər:

  • Elektron qeydiyyat və elektron ticarətin 3 dəqiqə ərzində qoşulması;
  • Pulsuz və avtomatik biznes səhifənin yaradılması
  • Yerli və xarici bank kartları ilə təhlükəsiz ödənişlərin qəbul edilməsi;
  • Yaddaşda saxlanılan kartlarla təkrarlanan ödənişlərin edilməsi;
  • İstənilən bankın biznes kartlarının yadda saxlanılması və toplanan vəsaitlərin 24/7 köçürülməsi;
  • Ödənişlərin qəbul olunması üçün vacib olan məlumatların hər müştəriyə uyğunlaşdırılması
  • Digər sayt və resurslarda ödəniş vidjetlərin yerləşdirilməsi üçün təqdim olunması;
  • Referal proqram
  • Digər platformaların və mobil əlavələrin qoşulması üçün API sənədlərin təqdim olunması;
  • Elektron hesabat, satış və müştərilər üzrə ətraflı statistika, məlumatları yükləmək və onlarla işləmək imkanı;
  • Satıcılar və alıcılar üçün elektron bildirişlər;
  • Elektron hesab-fakturalar
  • Platforma azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərir və ən geniş alıcı auditoriyası üçün əlçatandır;

Epoint.az -ın ilk istifadəçiləri üçün xüsusi bonuslar varmı?

Platformanın əsas missiyası sahibkarlara kömək etməkdir. Məhz bu mövqedən biznes modelini tətbiq etməyə başladıq. Platformaya qoşulan hər kəs, hər cür ödəniş və komissiyalardan azaddır. Platformadan istifadəyə görə komissiya tutmuruq, kartlar üzrə alınan ödənişlərdən 1 ay müddətində komissiya tutmuruq və bu xərcləri bankın qarşısında öz hesabımıza ödəyirik, tərəfdaş bankdan pulsuz Visa biznes-kartı təqdim edirik və müştərilərimizi və xidmətlərini sosial şəbəkələr və axtarış sistemləri vasitəsi ilə də tanıdırıq. 

Beləliklə, sahibkarlar Epoint.az saytına qoşularkən bir sıra üstünlüklər əldə edir və diqqətlərini yalnız onlayn satışlara yönəldə bilərlər.

Visa və BDO şirkətləri ilə əməkdaşlıq çərçivəsində, ilk 1 ay ərzində sahibkarlara aşağıdakı imkanlar təqdim olunur:

– Platformaya pulsuz qoşulma:

– İstənilən bankdan Visa Business və Visa Platinum Business kartlarının pulsuz alınması;

– Bütün onlayn satışlarda 0% bank komissiyası.

Platformanın və ödənişlərin təhlükəsizliyi haqda məlumat verə bilərsiz?

Bu cür platformaların təhlükəsizliyi tətbiqetmə prosesinin tərkib hissəsidir, və biz əlbəttə ki, bütün mümkün riskləri və texniki tövsiyələri nəzərə aldıq. İşə başlamazdan öncə biz OWASP qlobal standartına uyğun olaraq 2 vacib testi-Zəifliklərin Qiymətləndirilməsi və Penetrasiya testlərini etdik. Sistemin sabitliyini saniyədə maksimum sorğu sayı üçün test etdik və saniyədə 200 000 sorğu olsa belə tətbiqetmənin etibarlılığına əmin olduq. Təxmini olaraq bu gün üçün 10 milyona qədər qeydiyyatdan keçmiş istifadəçi auditoriyasını etibarlı şəkildə qəbul edə bilərik.

Platformada bütün ödənişlər, tamamilə təhlükəsiz və PCI DSS standartlarına uyğun olan PAŞA Bankın etibarlı ödəniş kanalı vasitəsilə həyata keçirilir. İstifadəçilərin bütün kart məlumatları bankın virtual kart yaddaşında saxlanılır və tamamilə təhlükəsizdir.

İstifadəçilərin şəxsi məlumatlarının saxlanmasına çox həssas yanaşırıq və daima platformanın təhlükəsizliyini izləyirik.

– Yaratdığınız platformanın yaxın gələcəyini necə görürsünüz?

Birmənalı olaraq, biz onu inkişaf etdirməyə davam edəcəyik və Azərbaycan sahibkarları üçün daha da faydalı olacağıq və sahibkarların proseslərinin rəqəmsallaşdırılmasında və nağdsız ödənişlərin səviyyəsinin yüksəldilməsində dövlətə kömək edəcəyik. Daim sahibkarlarla fokus qrupları keçiririk və onların platforma ilə qarşılıqlı təsir təcrübələrini öyrənirik, rəy və tövsiyələrini nəzərə alırıq, sonra alınan bütün rəyləri təhlil edərək tətbiq edirik. Bizi bir çoxlarından fərqləndirən də məhz budur. Platformanı təkmilləşdirmək üçün sahibkarların rəylərinə və tövsiyələrinə diqqət yetiririk.

Bizim planlarımızda, xidmət sektoru ilə məşğul olan sahibkarlar üçün platformada B2B xidmətlərin təqdim edilməsi məqsədi vardır. Gələcəkdə mobil tətbiqetmənin yaradılması üzərində işləyirik, bundan sonra yerli sahibkarların mal və xidmətlərinin çeşidini, qonşu ölkələrin bazarlarında təmsil etməyə planlaşdırırıq. Platformanın qonşu ölkələrdə tanıdılması və dünyanın hər yerindən alıcıların cəlb edilməsi konsepsiyası üzərində aktiv işləyirik.

Rəqəmsal biznesə və rəqəmsal iqtisadiyyat dövrünə qədəm qoymağa hazır olan hər bir sahibkarla əməkdaşlıq etməyə həmişə şadıq. İşçilərimiz rəqəmsal işin bütün üstünlüklərini ətraflı izah etmək üçün müştərilərlə görüşdə  bir neçə saat keçirir.

Mən bütün sahibkarları Epoint.az saytına qoşulmağa və satışlarını artırmaq üçün bütün rəqəmsal biznes imkanlarından istifadə etməyə çağırıram.

“Global İnnovations” MMC şirkəti, İqtisadiyyat Nazirliyi tərəfindən “Statrup Setifikatı”nı  alan və növbəti 3 il ərzində gəlir vergisindən azad edilən Azərbaycanın ilk fintex şirkətidir.

SHARE THIS STORY

FacebookTelegramTwitter