Əsas xəbərlər
Elmar Mirsalayev: “Həyat, sığorta ilə rahatdır” – MÜSAHİBƏ Yeni İl macərası – ULUDAĞ TURU 44 günlük Zəfər yolunun 30-cu gününün xronikası Neft Fondu tender elan edir Azərbaycanda ən çox sığorta ödənişləri edən şirkətlər Bakıda 1967-ci ilin Chevrolet Camaro-su satışa çıxarılıb – FOTO Bank Respublika işçi axtarır Kapital Bank işçi axtarır ABB-nin səhmdarlarının ümumi yığıncağı keçirilib Azərbaycanda ən çox sığorta yığımları edən şirkətlər Kapital Bank gömrük rəsmiləşdirilməsi üçün güzəştli kredit təklif edir Nazir polis mayoruna yüksək vəzifə verdi Koronavirusla bağlı SON STATİSTİKA Maykl Cordanın idman ayaqqabıları rekord qiymətə satıldı Daha bir dövlət ictimai nəqliyyatda maska məcburiyyətini ləğv edir İlon Maskın sərvəti 250 milyard dolları ötdü – FOTO Saxta COVID-19 pasportu alanların aqibəti necə olacaq? – VİDEO Unibank 3-cü rübü də mənfəətlə başa vurub NFC ödənişləri artıq Rabitəbankda Dünya bazarlarında təbii qazın bahalaşması davam edir “Brent” nefti bahalaşıb, WTI ucuzlaşıb Dövlət Məşğulluq Agentliyi “CV yarat” platformasını istifadəyə verib Dünya fond bazarlarının əsas indeks göstəriciləri Bu günə olan rəsmi VALYUTA MƏZƏNNƏLƏRİ Mastercard kriptovalyutaları ödəniş sisteminə inteqrasiya edir “Günay Bank” cari ilin 3-cü rübünü uğurla başa vurub Rövnəq Abdullayev “Günəşli” yatağında 4 saylı dərin dəniz özülünə səfər edib ABB sahibkarlar üçün təlim keçirdi AccessBank-la əmanətini sərbəst idarə et! Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB AFB Bank-ın kapitalı 10%dən çox artıb-HESABAT Rusiyada yerli sığorta bazarının strateji inkişaf prioritetləri müzakirə edilib 1990-cu ilin yeni Honda Civic hetçbeki satışa çıxarılıb – FOTO Kapital Bank işçi axtarır Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib “Buster” dozanı vurduran vətəndaşların İmmunitet sertifikatı” müddətsiz olacaq Qubadlı şəhərinin Baş planının hazırlanması üçün 500 min manat ayrılıb Dayanmadan inkişaf etmək … 4G modem alan hər kəsə 50 Gb internet hədiyyə olunur TAP kəməri ilə yaxın beş ilə hidrogen və biometan nəql ediləcək “Paşa Həyat” sığorta şirkətinin ödənişləri ARTIB Telman Əliyev Caspian Energy Club-un ona məxsus olan Gürcüstan, Ukrayna və Özbəkistan aktivləri satışa çıxarıb Vətən müharibəsində ziyan dəyən 11300 obyekt üzrə tikinti və təmir-bərpa işləri yekunlaşdırılıb Dövlət başçısı və birinci xanım Qubadlıda DSX-nın yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT 19 Noyabr Bakıda 3-cü dəfə Biznes İdarəçiliyi Forumu keçiriləcək! Xanlıq-Qubadlı yolunun təməli qoyulub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olub Çin filmi bu il ən çox gəlir gətirən ekran işi olub Özəl biznes iqtisadi artımda necə iştirak edir? Səhiyyə Nazirliyi hamilə qadınların vaksinasiyası məsələsinə aydınlıq gətirdi Mustang artıq Çində də istehsal olunacaq Vergi sahəsində e-imza ilə bağlı yenilik! Azərbaycana gələn turistlərin sayı artıb Qazprom Türkiyə üçün təbii qaz gözləntilərini açıqlayıb Yarmarkada ən çox satılan Kəlbəcər balı olub İşçilərin intizam məsuliyyətinə cəlb olunmasının əsasları Volvo IPO-nun məbləğini azaldıb PayPal-dan Pinterest-lə bağlı AÇIQLAMA Azərbaycanda 18 bank hesabat verdi – SİYAHI MƏNFƏƏT VƏ ZƏRƏR “VTB Bank (Azerbaijan)” 2021-ci ilin 9 ayında aktivlərini 10%, xalis mənfəətini 52% artırıb Sabah yağış, qar yağacaq, güclü külək əsəcək “Atəşgah Həyat” sığorta şirkətinin ödənişləri kəskin azalıb Zəngilandakı aqroparka Türkiyədən kənd təsərrüfatı texnikası gətiriləcək ABŞ Xəzinədarlıq istiqrazlarında “inflyasiya təhlükəsi” Azərsu tender elan edir PASHA Life işçi axtarır Azərbaycandakı banklarda dollar qəbulunun dayandırılmasının əsil səbəbi nədir? Sığorta şirkətlərinin ödənişləri – RENKİNQ Sığorta şirkətlərinin yığımları AÇIQLANIB Hind okeanının şəffaf suları və təbiətin heyrətamiz möhtəşəmliyi – SEYŞEL ADALARI TURU NeoKart sahibləri möhtəşəm hədiyyələr qazanmaq şansı əldə etdi Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 16% artıb MİDA Hövsanda 4 milyon manata uşaq bağçası tikdirir Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 7% artıb Qubadlıda radio və televiziya yayımı təmin olundu Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir Nazir “Yüksəliş” müsabiqəsinin qalibinə təcrübə keçəcək DİM inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələrini açıqlayıb Şuşanın tanıdılması üçün Rəqəmsal Şuşa adlı Hakaton keçirilib Koronavirusla bağlı SON STATİSTİKA Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması həyata keçirilir İntiqam Səfərəliyev: “Bravo”nun istiqrazları kapital bazarlarına ikinci nəfəs verəcək Ərdoğanın səfirlərlə bağlı qərarından sonra türk lirəsi rekord minimuma enib İlham Əliyev Türkiyəyə səfər edəcək Səudiyyə Ərəbistanı 2060 -cı ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəfləyir Elman Sadıqov: Hazırda Türkiyəyə bahalı türk lirəsi lazım deyil Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Neft bahalaşaraq son 7 ilin rekordunu yenilədi Tesla səhmləri üzrə yeni rekord Telman İsmayılov azadlığa buraxıldı AccessBank 2021-ci ilin üçüncü rüb üzrə maliyyə hesabatını açıqladı Mərkəzi Bank və Banklar Assosiasiyası Naxçıvan Muxtar Republikasında bank-maliyyə sektorunun inkişafı məsələlərini müzakirə edib “PAŞA Bank” ASC, balansında olan işlənmiş avtomobilləri növbəti hərracı elan olunur Dolların bazar ertəsinə olan rəsmi məznnəsi AÇIQLANIB “ABB”- nin xalis mənfəəti 45,6%artıb-HESABAT Güclü külək və yağış olacaq – Xəbərdarlıq “Unibank”-ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək Beynəlxalq Valyuta Fondu və Azərbaycan Banklar Assosiasiyası arasında görüş Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü Prezident ailəsi ilə açılışlara qatıldı – Fotolar “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib SİF və Marsol MMC əməkdaşlığın genişləndirilməsi müzakirə edib Mikayıl Cabbarov VII Dünya İnvestisiya Forumunda çıxış edib – FOTO Rusiya Mərkəzi Bankı faiz qərarını açıqladı-SƏRT ARTIM PAŞA Kapital və Unicapital “Unibank”-ın 15 milyon dollarlıq istiqrazını buraxacaq Azərbaycanın sığorta bazarında yığılan haqqların həcmi 650 mln. manatı keçib Vahid Ələkbərovla birgə İskəndər Xəlilov da Bakıya gəlib – Fotolar Norm şirkəti “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edir Azərbaycanda manatla geniş pul kütləsi 10.4% ARTIB Nağdsız əməliyyatların həcmi 67% ARTIB Azərbaycan gündəlik nə qədər neft hasil edib? Azərbaycanda ödəniş kartlarının sayı 16% artıb Azərbaycan-Xorvatiya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib Azərbaycanda şirkətlər qrupu Qəhrəmanlara Dəstək sərgisi elan edir Rövnəq Abdullayev Norveçin bu şirkətinin vitse-prezidenti ilə görüşüb Monqolustanla ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş imzalandı Müəllimlər 3-cü doza ilə peyvəndlənəcək – BİRGƏ MƏLUMAT “PAŞA Bank”ın xalis mənfəəti 14,5% artıb HESABAT “Azərtütün” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib Qarabağ və Şərqi Zəngəzurda icra olunan yol layihələrinin cari vəziyyəti açıqlanıb ABB sahibkarları “Azerbaijan Russian Desk” platformasında bir araya gətirir Azərbaycan nefti ucuzlaşıb BMT və Azərbaycan Anlaşma Memorandumu imzalayıb Əlçatmaz hədəflər yoxdur! İlon Mask avtomobillərdən arxa güzgülərin çıxarılmasını təklif etdi – FOTO Yeni “Range Rover”in ilk görüntüləri sosial şəbəkələrə sızıb “Bank Respublika”-nın biznes kreditləri 97,2% artıb- HESABAT Neft ucuzlaşıb-SON QİYMƏT Fed, yüksək vəzifəli şəxslərə səhm və istiqraz almağı qadağan edir Dünya Bankı: Enerji qiymətlərinin artması inflyasiya riski yaradır PayPal Holdings şirkəti Pinterest-i 40 milyard dollara ala bilər Jeff Bezos da daxil olmaqla Amazon-un rəhbərlərinə qarşı cinayət işi açıla bilər Putindən Ərdoğanın “dünya beşdən böyükdür” sözlərinə münasibət Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi Azərbaycan əhalisinin banklarda nə qədər əmanəti var?-MƏBLƏĞ Bank sektorunun kredit portfelinin həcmi nə qədər olub -MƏBLƏĞ Dövlət Neft Fondunun aktivləri 1,52% ARTIB Neft Fondu gəlir və xərclərini açıqladı MƏBLƏĞ “3+3” platformasında Azərbaycanın rəqəmlərlə iqtisadi mövqeyi Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Türkiyə Mərkəzi Bankı faiz qərarını AÇIQLAYIB Sabah hava necə olacaq? – PROQNOZ Şəhid ailələrinə yeni güzəştlər ediləcək – QANUN DƏYİŞDİ Əlçatmaz hədəflər yoxdur Almaniyada 11 günlük QATARLA MACƏRA ASA sığortaçılar üçün beynəlxalq seminar keçirdi Kontakt Home işçi axtarır Azərbaycan bankları bu gün nə qədər dollar alıb? -MƏBLƏĞ Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb SİF-in sədr müavinindən Qarabağın inkişafı üçün güzəştli kreditlərin ayrılması ilə bağlı AÇIQLAMA A-Qroup-un SIĞORTA MÜKAFATI YENƏ DƏ ARTDI Kriptovalyutaların bazar dəyəri 2,7 trilyon dolları keçib Yeni ildə BAKURİANİ TURU Naxçıvanda sahibkarlara verilən kreditin məbləği AÇIQLANIB Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən gəlirlər artıb Naxçıvana kapital qoyuluşunun həcmi açıqlanıb-MƏBLƏĞ İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturu yenidən qurulur Naxçıvanın iqtisadiyyatı artıb-MƏBLƏĞ Azərbaycanın icmal büdcəsində 3,5 mlrd. manatlıq profisit yaranıb Bitum məhsullarının dövlət standartları təsdiq edilib Bank Respublika işçi axtarır Dövlət Neft Fondundan dövlət büdcəsinə nə qədər vəsait transfer edilib – MƏBLƏĞ Bank Respublikanın xalis faiz mənfəəti 39,1 milyon manata çatmışdır Bu gün Dövlət Sığorta Şirkəti 100 yaşını qeyd edir Dövlət büdcəsinin gəlirləri AÇIQLANIB Nurgun Holding işçi axtarır Büdcənin sosialyönümlü xərcləri artıb Müdafiə Nazirliyi tender elan edir Vüsal Məmmədov: Fond bazarı üzərindən artıq kriptovalyutalara investisiya etmək mümkündür Azərbaycan nefti rekord həddə bahalaşdı ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı Azərbaycanın oyun şirkəti Nvidia ilə tərəfdaşlıq müqaviləsi imzalayıb Koronavirusla bağlı SON STATİSTİKA Burada peyvənd olunmayanlara maaş verilməyəcək Əziz Axundov: Şuşa, Xocavənd və Cəbrayılda 2G, 3G və 4G texnologiyalı baza stansiyaları quraşdırılıb – MÜSAHİBƏ “Azərpoçt” MMC yeni layihə həyata keçirir Azərbaycan iki İran vətəndaşını ölkəsinə qaytardı – Rəsmi Çoxuşaqlı ailələr üçün ictimai nəqliyat pulsuz olacaq ÜST-dən yoluxmanın artması ilə bağlı HESABAT Mincivan qəsəbəsinin və 20 kəndin azad edilməsindən bir il ötür – SİYAHI STP və Ələt Azad İqtisadi Zonası arasında Memorandum imzalanıb “YouTube”da yeni funksiya: Məhsulları birbaşa videodan əldə etmək mümkün olacaq Zəngilan Beynəlxalq Hava Limanının maketinin görüntüləri paylaşılıb Britaniyada mobil telefonlardan dəmir pullar hazırlanacaq Xaçmaza investisiya səyahəti həyata keçirilib Yenidən ticarət edilən Evergrande səhmləri kəskin ucuzlaşdı Neft ucuzlaşıb Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Bitkoin bütün zamanların ən yüksək səviyyəsində-SON QİYMƏT Nazir müavini: Əsas hədəfimiz işğaldan azad olunmuş ərazilərə investorların cəlbini təşkil etməkdir Yeni nəsil Range Rover modelinin debüt tarixi açıqlanıb Yoluxanların sayı yenə artdı – STATİSTİKA “BakuBus”ın rəhbəri yenidən dəyişib Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi BNA tendedrt elan edir Daşınmaz əmlak qiymətlərinin şişirdilməsinə görə dünya şəhərlərinin reytinqi – TOP-25 “P&G” xammal və yük xərclərinə görə məhsulların qiymətlərini artıracaq Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımaları artıb “Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir DİN-də yüksək vəzifəyə TƏYİNAT Qarabağın rəqəmsal su ehtiyatları xəritəsi hazırlanır ASA rəhbərliyi Moskvada keçirilən beynəlxalq sığorta konfransında iştirak edib Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib Hülya Gedik: Azərbaycan bazarına 5 milyon dollar investisiya qoymuşuq Daha bir marşrut xətti “BaklKarta” keçdi Nazir müavini Qarabağdakı “ağıllı şəhər”in konsepsiyasından danışdı İşğaldan azad edilən ərazilər 2022-ci ilədək elektrik enerjisi ilə tam təmin oluna bilər “Facebook” adını dəyişəcək Nazir müavini: “Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər gələn il 20-40% artırılacaq” Taxıl sahələri üçün əkin subsidiyaları aqrar sığorta şərti ilə veriləcək GEDİK HOLDİNG AZƏRBAYCANDA İqtisadiyyat Nazirinin müavinindən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı Açıqlama Azərbaycan neftinin qiyməti dəyişib Nazir müavini işğaldan azad olunan ərazilərin külək və günəş enerji potensialının həcmini açıqlayıb Nazir müavini: İlin sonunadək işğaldan azad edilən bütün ərazilərin elektrik enerjisi ilə təmin edilməsi əsas hədəflərdən biridir Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır Avtomobillər “Eternals” filminin personajları kimi “geyindirildi” – FOTO Koronavirusla bağlı SON STATİSTİKA İllik cəmi 14.44% ilə nağd pul krediti Rabitəbankda mümkündür Rusiyada “Maşa və Ayı” cizgi filminin personajlarından ibarət xatirə pulları buraxılır – VİDEO Koronavirusu ağır keçirənlərin də həyatını xilas etmək mümkün olacaq Çin 500 tonluq raket mühərrikini sınaqdan keçirib Zəngilanın işğaldan azad edilməsindən bir il ötür – SİYAHI Müdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub Zəngilanda radio və televiziya yayımı bərpa olundu Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Pegasusdan 6 Airbus A321neo sifarişi Avropa Birliyi maliyyə qaydalarını dəyişməyə hazırlaşır Dünyanın ən çox qazanan liderləri kimlərdir? Çin kömür qiymətlərinə müdaxilə etməyi düşünür Pərviz Şahbazov 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib Kamil Əliyevin 100 illik yubileyi “Azərxalça” da qeyd olunub Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi “Bank of Baku”-nun kapitalı 18.8% artıb -HESABAT Azərbaycanda sutkalıq yoluxma sayı iki mini ötdü – FOTO Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 1,4 dəfə artıb Azərbaycan bankları bu gün nə qədər dolar alıb ?-MƏBLƏĞ AccessBank tender elan edir Fitch Ratings PAŞA Yatırım Bankası-nın reytinqini təstiqləyib-HESABAT İlham Əliyev Türk Şurasına üzv dövlətlərlə vacib memorandumu TƏSDİQLƏDİ MEDİA Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı azaldılır – FƏRMAN Azərbaycanın xaricdə ən çox tələb olunan ərzaq məhsulları hansılardır? – SİYAHI Rusiyadan Avropaya “Şimal Axını 2 yoxdursa, əlavə qaz da yoxdur” tələbi Rusiyadan Google-a irihəcmli CƏRİMƏ Bitcoin yenidən BAHALAŞDI Nazir iki rayona yeni rəis təyin etdi Azərbaycanda reklam bazarının vəziyyəti müzakirə edilib  “Kristal Abşeron” işçi axtarır Yemeksepeti-nin sahibi Getir-in rəqibinə sərmayə qoyub Sabahın hava proqnozu İndoneziya Mərkəzi Bankı faiz qərarını açıqlayıb Bu ilin 8 ayında 36 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb Metroda gedişhaqqı artırılacaq? – RƏSMİ AÇIQLAMA Bu il Azərbaycanda 51 üçəm, 4 dördəm doğulub Azərbaycan əhalisinin nominal gəlirləri 2% artıb Dövlət büdcəsində 160 mln. manatlıq profisit yaranıb Azərbaycan əhalisinin sayı AÇIQLANDI Azergold tender elan edir Azərbaycanda reklam televiziyası yaradılır Reklamçıların vahid birliyi yaradılır-AÇIQLAMA Rusiya NATO ilə əməkdaşlığı dayandırır İqtisadiyyat Nazirliyinin qurumu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göstəriş verib Azərbaycanda sığorta xidmətləri ilə bağlı mobil tətbiqlər hazırlanacaq Azərbaycanın sığorta bazarı 13% böyüyüb Kapital Bank işçi axtarır Koronavirusla bağlı SON STATİSTİKA “Rebuild Karabakh”sərgisində iştirak edəcək şirkətlərin sayı açıqlanıb Rusiyada təqaüdlü təhsil üçün müraciətlərin qəbuluna az qaldı Azərbaycanda məktəblər bağlanır? – Təhsil Nazirliyindən AÇIQLAMA Jeep Wagoneer qeyri-rəsmi satışa çıxarıldı – FOTO İcbari tibbi sığorta üzrə özəl xəstəxanalara məhdudiyyətlər aradan qaldırılır “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin keçirilmə vaxtı açıqlanıb Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub Xarici İşlər Nazirliyi tender elan edir “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib “VKontakte”nin işində qüsurlar yaranıb NEQSOL Holding, Ukraynanın ən böyük sement istehsalçısının paylarını almaq niyyətini şərh edib Mitsubishi Outlander PHEV modelinin debüt tarixi bəlli olub Balın tərkibini və keyfiyyətini necə müəyyənləşdirmək olar? Daha bir məktəb distant tədrisə keçib Bakıda koronavirusa ən çox yoluxma bu rayonadır Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı “Apple” üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib Təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili hansı faydalar verəcək? Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı Türkiyədə 5,8 bal gücündə zəlzələ olub Qarabağın turizm potensialı qiymətləndiriləcək Spotify yüzlərlə adamı işə götürəcək Azərbaycanda daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb Azərbaycan nefti ucuzlaşıb-SON QİYMƏT Milyonlarla dollar gəlir qazandılar Expressbank III rübü 8.13 milyon xalis mənfəətlə başa vurub Goldman qaz qiymət proqnozunu artırır Neft UCUZLAŞIB Bu sahədə dünya birincisi olacağıq – Ərdoğan Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Apple 2 yeni məhsul təqdim edib-QİYMƏT “Qazprom” un Türkiyəyə qaz ixracı 125% artıb Zelenski Mərkəzi Bankın rəhbərini dəyişməyi planlaşdırır Kapital Bank-ın aktivləri 14.7% artıb -HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB “Mətanət A” məhsulları tədrisdə istifadə olunur Gürcüstanın Azərbaycana borcu açıqlanıb Məşhur aparıcı 2021-ci ilin avtomobilini seçib “Embafinans” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib Prezident Füzulidə hər evin neçə sot torpağı olacağını açıqlayıb Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi – RƏSMİ “Netwoking Azerbaijan” növbəti tədbirini keçirib Azərbaycan ötən həftə Voronej vilayətindən süd və kolbasa idxal edib Fransız lüks markalarının səhmləri kəskin UCUZLAŞDI Bank VTB (Azərbaycan) ASC TENDER ELAN EDİR Azad olunan ərazilərdə sosial infrastrukturun qurulmasına dair təkliflər təqdim edilib İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlavə 2,4 milyon manatlıq dərman alır Sabah leysan olacaq – PROQNOZ Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Daha 5 startapa şəhadətnamə verildi Nazirlik: “1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq” ASAN Xidmət tender elan edir Nağdsız ödənişlərdən hər hansı vergi tutulması ilə bağlı açıqlama -RƏSMİ Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib – RƏSMİ Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib Tesla səhmləri 7 ay ərzində 50% bahalaşıb Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI – RƏSMİ Anar Əskərov: Marketinq tədbirləri TV izləməyən təbəqəyə təsir etmir Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib Xalq Bankın ödəniş kartlarını Hesab.az-da PULSUZ əldə edin! Orxan Məmmədov: Müvafiq istiqamətlər üzrə 15 layihə maliyyələşdirilib Dövlət başçısının yeni sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək? – Nazirlik açıqladı “Heç bir kredit götürmədən bu işləri görəcəyik” Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb 275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub Yeni İli Şahdağ oteldə keçirmək istəyənlər üçün ƏLA ŞANS Kaspersky xəbərdarlıq edir: zərərli proqrama yönləndirən məktub ala bilərsiniz “SOCAR İstiqrazlarını bizim vasitəmizlə alan fiziki şəxslərin illik 5% qazanmasını təmin edirik” Deputat şəhid anasının “uşaq pulu” ilə bağlı təklifindən danışdı İlham Əliyev xalqa müraciət etdi PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Hökumət maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək Çin iqtisadiyyatı 9,8% böyüyüb Xarici bazarlarda müşahidə olunan inflyasiya Azərbaycana da təsir edir – ARAŞDIRMA İngiltərədə yüksək məvaciblə “Simpsonlar”ı izləyəcək şəxs axtarılır İcbari siğorta üzrə bilmək lazım olan doqquz VACİB MƏQAM Başqırdıstandan Azərbaycana quş əti və yumurtanın gətirilməsinə məhdudiyyət qoyulub Bu il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb Beynəxalq Bank işçi axtarır Neft kəskin bahalaşdı “İnvestorlar daha böyük bazar dalğalanmalarına hazır olmalıdır” Qızıl yenidən UCUZLAŞDI “Google”dan Azərbaycana bayram təbriki Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Artımlar 1,8 milyon vətəndaşı əhatə edəcək Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı Novak: Avropadan əlavə qaza tələbat yoxdur Əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır – Sərəncam Yeni tarif dəyişikliklərinin – İzahı Tarif Şurası işığın və qazın qiymətinə dəyişiklik etdi Onun ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər Azərbaycan Sənaye Bank-nın kredit portfeli 28,5% azalıb-HESABAT Ərdoğan Azərbaycanla yeni qaz müqaviləsindən danışdı “Bitcoin”in qiyməti 60 min dolları ötüb-REKOR BAHALAŞMA Xalq Bank III rübün yekunlarını elan etdi Günəş, qum və dəniz tətili – DUBAY TURU Havanın temperaturu kəskin enəcək – XƏBƏRDARLIQ Bank Respublika işçi axtarır Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq Deputat TƏBİB və nazirliyi tənqid etdi Son sutkada koronavirusa yoluxanların SAYI AÇIQLANDI Prezident: Azərbaycan İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini yoxlamağa çağırdı 3 sərhəd keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi davam edir “AzFinance” İnvestisiya Şirkəti sahibkarlara onlayn sertifikatlı təlim keçib PAŞA Bank rəsmisi: PAŞA Bank qızıla investisiya etməyib İlham Əliyev: Ağdam şəhərini Qafqazın Hirosiması adlandırırlar FAO Azərbaycanda kənd təsərrüfatı sahəsində 270-dən çox layihə reallaşdırıb Rövnəq Abdullayev TOTAL şirkətinin nümayəndələri ilə görüşüb Milli Məclisdə səhiyyə xərclərinin artırılması təklif olunub Pay torpaqlarına reyestr çıxarışının verilməsinə görə rüsum tutulmayacaq Ekonom Gürcüstan TURU Əmək qabiliyyətinin itirilməsi və ya ölüm hallarına görə təzminat alınması sığorta ilə mümkündür? – AÇIQLAMA Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb Mikayıl Cabbarov türk səfirlə Preferensial Ticarət Sazişinin genişləndirilməsini müzakirə edib Bank of Baku işçi axtarır Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır Bakının “Ukrayna dairəsi”ndə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək Ötən ay daha çox hansı xəstəliklərə görə həkimə müraciət olunduğu açıqlanıb Yeni “Land Cruiser”lərin qiyməti “əl yandırır” Azərbaycan iqtisadiyyatı 5%-ə yaxın böyüyüb Naxçıvan Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb Azərbaycanın qeyri-neft ÜDM-i 6,2% artıb Kaspersky-dən kiberbullinqlə bağlı AÇIQLAMA Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,8% artıb Milli Məclisin iclası başlayıb Türkiyə Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alacaq Azərbaycanda muzdlu işçilərin sayı artıb, ortaaylıq əməkhaqqı 725 manatı keçib Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir PAŞA Kapital investisiya şirkəti “Silk Vey Vest Aviaşirkəti”-nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək Azərbaycanda ortaillik inflyasiya 5,2% təşkil edib Məktəblərdə dərsliklər çatışmır? – Nazir müavinindən AÇIQLAMA Benksinin doğrayıcı ilə kəsilmiş rəsmi rekord qiymətə satılıb “Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım Buster doza vurduranların sağ qalmaq şansı dəfələrlə artacaq Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradıldı – QƏRAR “Savalan” ASC səhmdarlarının iclası keçiriləcək Bir il əvvəl bu gün azad edilən ərazilər – SİYAHI Qida məhsullarının reytinqi hazırlanıb Vətəndaşların DİQQƏTİNƏ: Bakının bəzi yerlərində su olmayacaq Koronavirusla bağlı SON STATİSTİKA Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır Bakı Dövlət Universiteti tender elan edir Kapital Bank işçi axtarır “OBA”marketdə 74 minlik mənimsəmə Bitkoin yenidən rekord həddə BAHALAŞDI Bayden borc limitini artıran qanun layihəsini imzalayıb Neft BAHALAŞIB Zelenskinin Britaniyaya səfər tarixi açıqlandı Müdafiə Nazirliyi daha bir açıqlama yaydı Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Avropada qazın qiyməti bahalaşdı Azərbaycandakı banklar dollar qəbulunu dayandırıb SOCAR neft hasilatını artırıb-HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Nazir: “Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır” Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək Yoluxanların sayı bu gün də artdı Dünya maşın bazarında SON VƏZİYYƏT Rövnəq Abdullayev Əlcəzairin səfiri ilə görüşüb Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər – NAZİR Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib Daha bir marşrut avtobusunda önənişlər “BakıKart”la olacaq İnstagram yenidən çökdü Prezident 3,3 milyon manat ayırdı PAŞA Bank rəsmisi: Ümumilkdə 38-ə yaxın fərqli xarici partnyorla geniş əməkdaşlıq edirik Ölkədə əks-göstəriş sertifikatı alanların sayı məlum olub “Hyundai” avtomobilləri üçün çip istehsalına başlayacaq Daimler yeni Mercedes-Maybach konseptini hazırlayır OPEC + nazirləri 2021-ci ilin dekabrında üz-üzə görüşlərini bərpa edə bilərlər Bakı Metropoliteni tender elan edir Sabaha olan HAVA PROQNOZU Azərbaycan və Lukoyl alternativ enerji sahəsindəki layihələri müzakirə edir İndiyədək neçə yeniyetmə vaksinasiya olunub? – RƏSMİ Azərbaycana neçə ölkədən quşçuluq məhsulu gətirilmir? – RƏSMİ

Özəl məhkəmə ekspertizası – YARADILIR – SƏRƏNCAM

Özəl məhkəmə ekspertizası - YARADILIR - SƏRƏNCAM

Prezident İlham Əliyev “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmanda bildirilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun 2020-ci il martın 1-dən tətbiqini təmin etmək məqsədilə qərara alıram:

  • Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. iki ay müddətində:

1.1.1. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin altıncı hissəsinin birinci cümləsinə uyğun olaraq, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.2. həmin Qanunun 11-ci maddəsinin onuncu hissəsinə uyğun olaraq, məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.3. həmin Qanunun 11-2-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.4. həmin Qanunun 11-3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.5. həmin Qanunun 23-cü maddəsinin beşinci hissəsinə uyğun olaraq, məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.6. həmin Qanunun 11-ci maddəsinin on dördüncü hissəsinə uyğun olaraq, məhkəmə ekspertinin etik davranış kodeksini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 11-4-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin reyestrə daxil edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 11-5-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

  • “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 31; 2001, № 6, maddə 415; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 224; 2011, № 10, maddə 889; 2014, № 4, maddə 370) aşağıdakı dəyişikliklər edilsin:

2.1. Fərmanın adında, preambulasında, birinci hissəsinin ikinci və dördüncü abzaslarında “Dövlət məhkəmə” sözləri “Məhkəmə” sözü ilə əvəz edilsin;

2.2. həmin Fərmanın 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin altıncı hissəsinin birinci cümləsində, onuncu hissəsində, on dördüncü hissəsində, 11-2-ci maddəsinin üçüncü hissəsində, 11-3-cü maddəsinin ikinci hissəsində, 11-4-cü maddəsinin ikinci hissəsində, 11-5-ci maddəsinin ikinci hissəsində, 23-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;

2.3. həmin Qanunun 11-ci maddəsinin yeddinci hissəsinin birinci və ikinci cümlələrində, səkkizinci və doqquzuncu hissələrində, on birinci hissəsinin birinci cümləsində, 11-1-ci maddəsinin ikinci hissəsində, 11-3-cü maddəsinin birinci və üçüncü hissələrində, 11-4-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 11-ci maddəsinin on beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;

2.5. həmin Qanunun 11-ci maddəsinin on altıncı hissəsində və 11-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

2.6. həmin Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, məhkəmə ekspertizasının digər sahələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.7. həmin Qanunun 33-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.8. həmin Qanunun 34-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi birgə həyata keçirirlər;

2.9. həmin Qanunun 39-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının və 40-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirirlər.”.

  • Bu Fərmanın 2-ci hissəsi 2020-ci il martın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə də fərman imzalayıb:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

  • Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431, № 5, maddə 860, № 6, maddə 1044) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.15. tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edir;”;

1.2. aşağıdakı məzmunda 8.15-1-ci, 8.15-2-ci və 9.32-2-ci yarımbəndlər əlavə edilsin:

“8.15-1. özəl məhkəmə eksperti şəhadətnaməsini verir;

8.15-2. Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparır;”;

“9.32-2. Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq;”;

1.3. 9.33-cü yarımbəndə “məhkəmə ekspertizası” sözlərindən əvvəl “tabeliyində olan məhkəmə ekspertizası idarəsində” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 9.33-1 və 10.5-1-ci yarımbəndlər əlavə edilsin:

“9.33-1. tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməsinə nəzarət etmək;”;

“10.5-1. tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnamələri vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnamələri ləğv etmək;”.

  • Bu Fərman 2020-ci il martın 1-dən qüvvəyə minir."

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “İnzibati icraat haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu da imzalayıb.

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084; 2006, № 12, maddə 1031; 2008, № 6, maddə 462; 2011, № 7, maddə 592; 2014, № 12, maddə 1516; 2016, № 4, maddə 643; 2018, № 12 (I kitab), maddələr 2470, 2530; 2019, № 1, maddələr 5, 21, № 2, maddə 184) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 41.4-cü maddədə “qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq qurumların ekspertləri” sözləri “qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri” sözləri ilə əvəz edilsin;

1.2. 41.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“41.5. Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa, ekspert ekspertiza təyin edilməsi haqqında inzibati orqanın qərarı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 30 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal inzibati orqana göndərir.”;

1.3. aşağıdakı məzmunda 41.5-1-ci maddə əlavə edilsin:

“41.5-1. Ekspertizanın aparılmasını bu Qanunun 41.5-ci maddəsində göstərilən müddətdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə inzibati orqana məlumat verilir. Bu halda inzibati orqan tədqiqatların mürəkkəblik dərəcəsini nəzərə almaqla ekspertizanın aparılması müddətinin uzadılması barədə qərar qəbul edir.”;

1.4. aşağıdakı məzmunda 41.8-ci maddə əlavə edilsin:

“41.8. Maraqlı şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi məqsədilə öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdirlər.

Maraqlı şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.

Ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Maraqlı şəxsin sifarişi ilə aparılmış ekspertiza nəticəsində verilmiş ekspert rəyi inzibati orqan tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.”.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir."

***

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanununu da təsdiq edib:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1673-VQD, 1677-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 82.2-1 – 82.2-7-ci maddələr əlavə edilsin:

“82.2-1. Bu Məcəllənin 82.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlər üçün hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) onun baxdığı inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, prokurorun, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin vəsatəti ilə ekspertiza təyin edə bilər. Həmin şəxslərin vəsatəti rədd edildikdə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

82.2-2. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər qarşılıqlı razılaşma əsasında konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini hakimdən, səlahiyyətli orqandan (vəzifəli şəxsdən) xahiş edə bilərlər.

82.2-3. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ekspertiza keçirilən zaman baxılmalı olan sualları hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim etmək hüququ vardır.

82.2-4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) müəyyən edir. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin təqdim etdiyi sualların rədd edilməsini hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) əsaslandırmağa borcludur.

82.2-5. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

82.2-6. Ekspertiza bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarının hüquqlarına riayət olunmaqla keçirilir. Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etmək hüququ vardır.

82.2-7. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq, həmçinin tədqiqat aparmaq üçün materialları məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) gətirmək mümkün deyilsə, yaxud çətinlik törədirsə, məhkəmədə, səlahiyyətli orqanda, yaxud kənar yerdə keçirilə bilər. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin kənar yerdə keçirilən ekspertizada iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Bu zaman bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər.”;

1.2. 82.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ekspert ekspertiza təyin edilməsi haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.”;

1.3. aşağıdakı məzmunda 82.6 – 82.8 və 82-1-ci maddələr əlavə edilsin:

“82.6. Ekspertizanın aparılmasını bu Məcəllənin 82.5-ci maddəsində göstərilən müddətdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verilir. Bu halda tədqiqatların mürəkkəblik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti hakimlə, səlahiyyətli orqanla (vəzifəli şəxslə) yazılı formada razılaşdırılır.

82.7. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə ekspertiza təyin edilməsi haqqında qərardadın məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.

82.8. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 82.5-ci maddəsində nəzərdə tutulan müddət uzadılır.

Maddə 82-1. Şəxslərin təşəbbüsü ilə ekspertizanın aparılması

82-1.1. İnzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs və ya onun nümayəndəsi onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertinə və ya məhkəmə ekspertizası idarəsinə rəsmi müraciət etmək hüququna malikdirlər.

82-1.2. Barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin sifarişi ilə ekspertiza həmin şəxslə özəl məhkəmə eksperti və ya məhkəmə ekspertizası idarəsinin rəhbəri arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.

82-1.3. Ekspert müqavilədə göstərilən müddətdə yazılı formada rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.”.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir."

SHARE THIS STORY

FacebookTelegramTwitter