Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

Yeni SOCAR İstiqrazları 1075 dollardan satıldı

Bu ilin 2 noyabr tarixində təkrar bazar əməliyyatlarına start verilən və nominal qiyməti 1000 dollar təşkil edən yeni SOCAR İstiqrazlarının Bakı Fond Birjasındakı satış qiyməti 1075 dollara yüksəlib və həmin qiymətdən satış əməliyyatları artıq baş tutub. Xatırladaq ki, 1-ci SOCAR İstiqrazlarının 5 illik tədavül müddəti ərzində müvafiq göstərici maksimum 1050 dollar təşkil etmişdi.

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, istiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. Eyni zamanda, gəlirli və etibarlı maliyyə aləti olması da investorların maraqlarına cavab verən digər mühüm faktorlardır.

İllik 4.5% gəlir gətirən, faiz gəlirləri hər 3 aydan bir ödənilən və 5 illik müddətə buraxılmış yeni SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

100 milyon dollar həcmində buraxılmış bu istiqrazlara tələb abunə yazılışı dövründə 380 milyon dollardan artıq olmuşdu.

Azərbaycan kapital bazarlarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağız olan SOCAR İstiqrazları üzrə ilk faiz ödənişi 1 fevral 2022-ci il tarixində baş tutacaq. 2026-cı ilədək tədavül müddəti davam edəcək olan yeni SOCAR İstiqrazları, sahiblərinə toplamda 22 milyon 500 min dollar gəlir qazandıracaq.

SHARE THIS STORY

FacebookTelegramTwitter