VAKANSİYA

27 Dekabr

Satınalma şöbəsində aparıcı mütəxəssis -VAKANSİYA

"Kapital Bank" ASC, Satınalma şöbəsində aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Bankın ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı sorğuların keçirilməsi;
  • Satınalma prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • İlkin sənədlərin ekspertizasının aparılması;
  • Satınalmalar haqqında hesabatların hazırlanması;
  • Müqavilələr üzrə danışıqların aparılması;
  • Tender və Kotirovka protokollarının hazırlanması;
  • Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.
  • Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilməsi və s;

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 1 ilə qədər iş təcrübəsi;
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Yaxşı səviyyədə microsoft ofis proqramı bilikləri;
  • Satınalma sənədlər toplusunun hazırlanma qaydalarını bilmək;
  • Ünsiyyətqurma və analitik düşünmə bacarığı;
  • Komandada işləmək bacarığı.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az