VAKANSİYA

27 Dekabr

Kiçik və orta biznes müştərilərinə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis -VAKANSİYA

"Yelo Bank" ASC, Kiçik və orta biznes müştərilərinə xidmət üzrə təcrübəçi / kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
  • Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması;
  • Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi;
  • Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək;
  • Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak;
  • Bankın məhsul xəttinin genişləndirilməsi, məhsul və xidmətlərin həcminin artırılması üçün biznes müştərilərin və onların əsas kontragentlərinin bank xidmətləri üzrə ehtiyaclarının təhlili və öyrənilməsi;
  • Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması;
  • Kreditin verilməsi barədə qərara təsir göstərən risk və digər neqativ amillərin qiymətləndirilməsi;
  • Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq;
  • Kredit Alanın gecikdirilmiş kreditləri üzrə maliyyə vəziyyətini və kreditin geri qaytarılma perspektivlərini müəyyənləşdirmək üçün monitorinqin həyata keçirilməsi;
  • Kredit Alan tərəfindən kreditin geri qaytarılması öncədən razılaşdırılmış məbləğdə və müddətdə olmadığı təqdirdə, bu halın davam etməsi zamanı onu gələcəkdə gözləyəcək hüquqi məsələlərlə bağlı təlimatlandırmaq məqsədilə görüşün təşkili;
  • Gecikmədə olan kreditlərin həlli istiqamətində mövcud prosedur və qaydalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi;
  • Kreditlərin verilməsi və qeyri-kredit məhsullarının satışı üzrə fərdi planları yerinə yetirmək;
  • Təsdiq olunmuş qaydada, digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə, kreditin verilməsi barədə qərar qəbul edilməsi üçün rəyin hazırlanması;
  • Kreditin verilməsi haqqında qərar barəsində borcalanın məlumatlandırılması;
  • Kredit portfeli üzrə zəruri hesabatların hazırlanması;
  • Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icrası.

Tələblər:

  • Ali təhsil;
  •  İş təcrübəsi - Bank sahəsində minimum 6 ay;
  •  Ünsiyyət qurmaq və satış bacarığı;
  •  Riyazi biliklər;
  •  Komandada işləmək bacarığı.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az