VAKANSİYA

25 Dekabr

Frontend developer - VAKANSİYA

"Xalq Bank" ASC, Frontend developer (Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Biznes proseslərin avtomatlaşdırılması üçün yeni proqram təminatlarının yazılması;
  • Hazır proqramlarda əlavələrin edilməsi və dəyişikliklərin icra olunması;
  • Proqramda yaranan xətaların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi.

Tələblər:

  • İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları üzrə ali təhsil;
  • Angular 8+ framework ilə iş təcrübəsi;
  • HTML5, CSS (SCSS), JavaScript və TypeScript bilikləri;
  • GIT versiyaların idarə olunması üzrə biliklər;
  • JSON və Rest API haqqında biliklər;
  • SQL, PL/SQL üzrə biliklər arzuolunandır;
  • NET Core biliklər arzuolunandır;
  • BPM üzrə biliklər arzuolunandır;
  • İşində dəqiq və məsuliyyətli olmaq.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az