"Azerconnect" MMC, Biznesin inkişafı əməliyyatları meneceri / Business Development Operations Manager vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Biznesin inkişafı idarəsi üzrə bütün təşəbbüslərin başdan-sona həyata keçirilməsi;
- Bütün arxa ofis (İRİD, Maliyyə, Hüquq, Satınalma və s.) prosesləri ilə məşğul olmaq;
- Kommersiya və ön ofis məsələlərinin izlənilməsi və proseslərdən məlumatlı olmaq;
- Konsultasiya ilə bağlı proseslərdə iştirak etmək;
- Biznesin inkişafı idarəsi üzrə bütün biznes keyslərin təhlil edilərək, müvafiq rəylərin verilməsi;
- Biznesin inkişafı idarəsi üzrə bütün strateji assetlərlə birbaşa işləməli və icraçı menecerlərlə harmoniya içincə çalışmalıdır;
- Globalda olan Telco istiqamətli yeni biznes və trendləri izlənilməsi, məlumatlı olmaq;
- Əsas müştərilər, tərəfdaşlar və maraqlı tərəflərlə sıx işləmək;
- Hədəflər və biznesin inkişafına dair müntəzəm hesabat hazırlayaraq, birbaşa rəhbərə təqdim etmək;
- Proseslərin gedişatının izlənilməsi və yarana biləcək risklərin öncədən təhlil edilərək, həll edilməsi.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarəolunması istiqamətli Bakalavr təhsili, MBA təhsili üstünlükdür, ACCA/CFA istiqamətli təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır);
- Biznes prosesləri, layihələrin idarəedilməsi və ya aidiyyatı sahələr üzrə 1-2 il iş təcrübəsi;
- Start-up, İnvestment sahəsində təcrübə üstünlükdür;
- Biznesin inkişafı strategiyaları üzrə güclü anlayış;
- Azərbaycan və İngilis dillərini səlis bilmək, (Rus dili üstünlükdür);
- Microsoft ofis proqramları ilə mükəmməl işləmə bacarığı.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az