"PAŞA Technology” MMC, Təhlükəsizlik əməliyyatları mərkəzinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- "PAŞA Technology" MMC-nin Data Mərkəzləri şəbəkəsinin perimetri və tətbiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri yardımların göstərilməsi.
- Data Mərkəzlərində tətbiq olunan videomüşahidə sistemlərinə müvafiq operativ-texniki müdaxilənin edilməsi.
- Təhlükəsizlik əməliyyatları mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi.
- Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə olunan müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının hərtərəfli təhlilinin aparılması.
- Şəbəkənin müdafiə sistemləri, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması sistemləri, VPN, veb tətbiqlərinin müdafiə sistemləri və bir sıra digər təhlükəsizlik məhsullarının trafik və qeydiyyat jurnalının monitorinqi.
- Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması.
- Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilmiş cihazlarla bağlı texniki yardım barədə sorğuların cavablandırılması.
- Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik prosedurlarına əməl edilməsi.
- Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi.
- Bədbəxt hadisələri informasiya təhlükəsizliyi qrupunun rəhbərinə və baş icraçı direktora məruzə edilməsi.
- TYCO, Bosch FSS və digər yanğınsöndürmə vasitələri ilə işləməsi.
Tələblər:
Təhsil:
- Müvafiq istiqamət üzrə Ali təhsil;
Təcrübə:
- Təhlükəsizlik əməliyyatları istiqaməti üzrə 3 il iş təcrübəsi;
Kompüter Bilikləri:
- "Microsoft Office" proqramlarından istifadə bacarıqları;
- Data Mərkəzləri mühiti və "Tier" standartları üzrə bilik;
- Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;
Dil bilikləri:
- İngilis dili - Yaxşı
- Azərbaycan dili - Ana dili
- Rus dili – Yaxşı
Fərdi bacarıqları Davranışlar:
- Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
- Gündəlik əməliyyatlarda dürüst olmaq:
- Əməliyyatların keyfiyyətini təmin etmək;
- Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Zemfira Ms
Fins.az