VAKANSİYA

20 Dekabr

Korporativ katib - VAKANSİYA

"AccessBank" QSC, Korporativ katib vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • İdarə Heyətinin iclasları üçün gündəliklərin və materialların hazırlanması;
  • İclas protokollarının yazılması və qərarların icrasına nəzarət;
  • Məktub və memorandumların hazırlanması, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi;
  • İdarə Heyəti ilə departamentlər və filiallar arasında əlaqələndirici funksiyanın icrası;
  • İşgüzar yazışmaların idarə olunması və lazımi şəxslərə çatdırılması;
  • İdarə Heyətinin üzvləri və qonaqlar üçün səfər və yerləşdirmənin təşkili;
  • İdarə Heyətinin verdiyi digər bütün tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (menecment, idarəetmə, biznes və ya əlaqəli sahələrdə üstünlük verilir).
  • Katiblik və ya şəxsi köməkçi (PA) rolunda 2-3 il iş təcrübəsi.
  • Azərbaycan, Rus və İngilis dillərini yaxşı bilmək (şifahi və yazılı).
  • Məxfi məlumatlarla işləmə bacarığı.
  • Stressə davamlılıq və çoxsaylı tapşırıqları idarə etmək bacarığı.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az