"Xalq Sığorta" ASC, Çağrı mərkəzinin operatoru vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Tələb olunan bilik və bacarıqlar:
- Kompyuter bilikləri: Microsoft Word-yaxşı, Microsoft Excel-orta;
- Dil bilikləri- azərbaycan dili-əla; rus dili-əla; ingilis dili-arzuolunandır.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Sığorta sahəsində minimum 1 il iş təcrübəsi;
- Ünsiyyət qurmaq bacarığı;
- Yüksək nitq mədəniyyəti, səlis danışıq;
- Fikrini dəqiq və lokanik ifadə etmə bacarığı;
- Stressə davamlı;
- Səbrli və təmkinli olmalı;
- Κomandada işləmək bacarığı;
- Məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Çağrı Mərkəzinə daxil olan zənglərin cavablandırılması, qeydiyyata alınması və yönləndirilməsi;
- Sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi;
- Sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq aidiyyati şöbələrə yönləndirilməsi;
- Müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək və hər zaman maksimum müştəri məmnuniyyətini təmin etmək;
- Qeydiyyata alınmış müştərilərin müraciətlərinin vaxtında həllinə nəzarət və geri dönüş zənglərin edilməsi.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Çağrı mərkəzinin operatoru) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Zemfira Ms
Fins.az