VAKANSİYA

18 Dekabr

AML və Monitorinq üzrə Baş mütəxəssis-VAKANSİYA

"Pasha Bank" ASC, AML və Monitorinq üzrə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Xarici maliyyə institutlarına aid öz-müştərini-tanı (KYC) formalarının doldurulması;
  • ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün məzmunun (məs. ƏL/ÖMT/TM siyasəti və prosedurları) hazırlanılması / inkişaf etdirilməsi;
  • Müvafiq hesabaçma prosesi üzrə monitorinqlərin qurulmasında töhvə verilməsi;
  • Müxbir bankların illik öz-müştərini-tanı (KYC) dəyərləndirməsinin aparılması;
  • Müxbir banklardan daxil olan sorğuların cavablandırılması;
  • Gündəlik əsasda əməliyyatların ƏL/TMM proqram təminatı vasitəsi ilə monitorinq edilməsi;
  • Öz-müştərini-tanı (KYC) proqram təminatının inkişafında töhvə verilməsi;
  • Bankın müştəri qəbulu və öz-müştərini-tanı (KYC) prosedurlarında iştirak etmək, yerli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirməsinin həyata keçirilməsi;
  • Filial və Biznes Mərkəzlərindən daxil olan ƏL/TMM ilə əlaqəli sorğuların cavablandırılması;
  • ƏL/TMM ilə əlaqəli tələblərin Bankdaxili kommunikasiyasının təşkil edilməsi və s.

Tələblər:

  • Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr);
  • Tələb olunan iş təcrübəsi: 3-5 il;
  • Lisenziya / Sertifikat: CAMS, CGSS və s. kimi sertifikatların olması arzuolunandır; 
  • Xarici dillər: İngilis dili (Səlis) və Rus dili (Orta);
  • Kompüter bilikləri: Microsoft Office, AML Software bilikləri.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  

Zemfira Ms
Fins.az