VAKANSİYA

17 Dekabr

Təchizat şöbəsinin aparıcı mütəxəssisi - VAKANSİYA

"Kapital Bank" ASC, Təchizat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Təqdim olunan tələbnamələr üzrə sifarişlərin icrası;
  • Sənədləşmələrin düzgün və dəqiq yerinə yetirilməsi; 
  • Təchizat üzrə tələb olunan digər işlərin və rəhbərliyin birbaşa tapşırıqlarının yerinə yetirilməsi; 
  • Məktubların statusları barədə məlumatlı olmaq; 
  • Vendorlarla danışıqlar aparmaq; 
  • Məlumatı ERP sisteminə daxil etmək, kağız və sistemdə olan sənədləri izləmək, vaxtında icra etmək, rəhbərliyə bütün statular haqda məlumat vermək;
  • Dəftərxana və təsərrüfat materiallarının istifadə və sifarişinin optimallaşdırılması, anbarda mövcudluğunun təmin olunması;
  • SMS xidməti; İMEİ kodlar; Kuryer xidməti, dezinfeksiya xidməti, tibbi ləvazimatların və s. təchizatı; 
  • İnsiatoru olduğu, istifadə etdiyi modeller varsa cavabdehlik daşıyır.

Tələblər:

  • Satınalma, təchizat zənciri və müqavilə idarəetməsi sahəsində minimum 3 il iş təcrübəsi,
  • Satınalma sertifikatları üstünlükdür,
  • Müqavilələrin idarəedilməsi proqramları/ERP sistemləri haqqında məlumatlı olmaq, 
  • Detallara yüksək diqqət və problem həll etmə bacarığı,
  • Daxili komandalar və təchizatçılarla səmərəli işləmək üçün güclü interpersonal bacarıqlar,
  • Tələblərin icrası üçün enduser və təchizatçı arasında vasitəçilik təcrübəsi,
  • Təşkilatçılıq bacarıqları,
  • Nəticəyönümlülük. 

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az