VAKANSİYA

13 Dekabr

İnsan resursları üzrə biznes tərəfdaşı - VAKANSİYA

"Azerconnect" MMC, İnsan resursları üzrə biznes tərəfdaşı (Human Resources Business Partner ) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Funksiyaya və təşkilati strategiyaya uyğun strateji istedadların idarəolunması planını hazırlamaq üçün funksiya rəhbərləri ilə əməkdaşlıq etmək
  • Təşkilatın işçi qüvvəsi planları İstedadların Cəlb Olunması planlanma prosesləri ilə uzlaşdırmaq
  • Biznes funksiyasının səmərəliliyini artırmaq üçün vəzifələri, təşkilati strukturu layihələndirmək üçün funksiya rəhbərləri ilə əməkdaşlıq etmək
  • İllik performans dövrü, ardıcıl əvəzetmə və inkişaf planlamasını idarə etmək, əlaqəli proqramların icrasını təmin etmək
  • Əmək haqqı dərəcəsi və büdcəyə uyğunluğu təmin etməklə, müavinətlərin nəzərdən keçirilməsi prosesi də daxil olmaqla funksiyanın mükafatlandırma fəaliyyətlərini idarə etmək
  • Təşkilatın bütün səviyyələrinə əməkdaşlıq edərək İR proqram və kouçinq dəstəyi göstərmək
  • Əsas, uyğun İR məlumatlarını əks etdirən xüsusi informasiya panellərini və ya hesabatlarını hazırlamaq

Tələblər:

  • Ali təhsil (İnsan Resursları, biznes münasibətləri, Təşkilati İnkişaf və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi üstünlük təşkil edir)
  • Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri): İnsan Resurslarının İdarəedilməsi
  • İR üzrə ən azı 3 il iş təcrübəsi (İnsan Resursları üzrə Biznes Tərəfdaşı vəzifəsində çalışanlara üstünlük veriləcəkdir)
  • Azərbaycan (sərbəst), İngilis (sərbəst) və Rus (orta) dili bacarıqları 
  • İR informasiya sistemləri və Microsoft Office proqramları ilə işləmək bacarığı
  • CIPD, SHRM və digər sertifikatların olması üstünlükdür

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az