"Azerconnect" MMC, Assistant vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- İnformasiya və Texnologiyalar üzrə Baş Müdirə inzibati məsələlərdə köməklik göstərmək
- İnformasiya və Texnologiyalar üzrə Baş Müdirin təqvimini idarə etmək və təyin olunmuş görüşləri təşkil etmək
- Daxil olan poçt və zəngləri cavablandırmaq
- Nəzərdə tutulmuş səyahətləri təşkil etmək və koordinasiya etmək
- İnformasiya və Texnologiyalar üzrə Baş Müdirin korporativ kartları üzrə xərclər haqqında hesabatları hazırlamaq
- İclaslarda iştirak etmək, müvafiq iclas protokollarını saxlamaq və yönləndirmək
- Təqdimatların və dövri hesabatların hazırlanmasına dəstək olmaq
- Şəbəkə Texnologiyaları İdarəsinə dair PR və Satınalma Sifarişləri yaratmaq, statusu sorğu edənləri izləmək və yeniləmək
- Şəbəkə Texnologiyaları İdarəsinə dair işçilərin davamlılğı ilə əlaqəli sənədlərə nəzarət etmək, Məzuniyyət formaları, xəstəlik vərəqələri, əlavə iş saatları və s.
- Şəbəkə Texnologiyaları İdarəsində aparılan sənədlərə nəzarət etmək (qeyd etmək, izləmək, imza üçün ötürmək və s.)
- Çalışdığı funksiya üçün tələb olunan ofis ləvazimatlarının təmin olunmasındə dəstək olmaq
- Digər idarə və qruplarla olan birgə çalışmaları koordinasiya etmək və onlarla olan işgüzar münasibətləri təkmilləşdirmək
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin İdarə olunması üzrə təhsilə üstünlük verilir)
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi
- Azərbaycan dili səlis, İngilis dilini mükəmməl bilmək vacibdir
- MS Office proqramlarını yaxşı bilmək
- Detallara diqqət yetirmə qabiliyyəti
- İntensiv informasiya axını ilə işləmə bacarığı
- Diqqətli və məsuliyyətli olmaq
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az