“Unibank” KB ASC, Məhsul sahibi (Product owner) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Təsvir:
- Məhsul üzrə sifarişlərin yazılması və prioritetləşdirilməsi;
- Strategiyanın və ideyaların təqdim olunması;
- Müştəri istək və ehtiyaclarına uyğun olaraq məhsulun xüsusiyyətlərini müəyyənləşdirmək;
- Məhsulun hazırlanaraq bazarə təqdim edilməsi
- Müştərilər ilə sorğu və görüşlərin keçirilməsi;
- Müştəriləri və maraqlı tərəfləri məhsulun vəziyyəti haqqında məlumatlandırmaq;
- Məhsulun üzrə hesabatlara nəzarət edilməsi;
- Bazarın mütəmadi olaraq təhlili.
Tələblər:
- Bankın rəqəmsal məhsulları ilə tanış olmalı;
- Korporativ biznes və kreditləşmə istiqamətində müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
- Müvafiq sahədə və ya startup-larda təcrübə üstünlükdür;
- Analitik qabiliyyətlərə və problem həll etmək bacarığına malik olmaq;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və təkliflər irəli sürmək bacarığı;
- Güclü araşdırma qabiliyyətinə malik olub, detallara diqqət göstərməli;
- Güclü ünsiyyət bacarıqları, yazılı və şifahi;
- Rus və İngilis dilini bilməsi arzu olunandır.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az