VAKANSİYA

10 Dekabr

Təchizat Departamentinə mütəxəssis - VAKANSİYA

"Azercell Telekom" MMC, Təchizat Departamenti vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Əsas öhdəliklər:

  • Təchizatçı bazasını mütəmadi olaraq yeniləmək və genişləndirmək
  • Təchizatçının inhisarçı mövqeyinin qarşısını almaq məqsədi ilə, bazarda üstünlük təşkil edən alternativ texnologiyaları, məhsul və yeni təchizatçıları nəzərə almaq
  • Təchizatçı bazarını mütəmadi araşdırmaq və təhlil etmək
  • İddiaçıların müəyyən edilməsi (Bidder List)
  • Ehtiyac olduğu halda VMD yaradılması və nəzarəti
  • Müsabiqəyə Dəvət sənədinin hazırlanması və göndərilməsi
  • İddiaçıların sorğularının cavablandırılması
  • Müsabiqə təkliflərinin alınması
  • Zəruri yoxlamalar prosesini icrası
  • Təkliflərin qiymətləndirilməsi
  • Yekun danışıqların aparılması və ən yaxşı təklifin alınması
  • Müsabiqə üzrə qalibin müəyyən edilməsi və birbaşa rəhbər ilə razılaşdırılması
  • Satınalmanın nəticəsinə dair hesabat formasının hazırlanması
  • Müqavilənin yaradılması və imzalanmasının təşkili. Alış tələbinin (PO) yaradılması
  • İş prosesinin təkmilləşdirilməsi ilə əlaqədar innovativ ideyaların təqdim edilməsi

İş təcrübəsi və tələblər:

  • Təhsil - Ali təhsil
  • İş təcrübəsi - Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri - Azərbaycan dili əla, Rus dili və İngilis dili yaxşı səviyyədə 
  • Texniki biliklər - MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel)
  • Hər hansı ERP sistemlərində iş təcrübəsi/bacarığı
  • Əlavə Tələblər -  Yüksək kommunikasiya və təqdim etmə bacarığı

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair müsahibə.

Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz. 

Zemfira Ms
Fins.az