VAKANSİYA

10 Dekabr

Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi - VAKANSİYA

"ExpressBank" ASC, Biznes Bankçılıq Departamentinin Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi / böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Daxil olmuş sifarişlərə biznesin olduğu yerlərdə baxış keçirilməsi, bankın daxili prosedur və daxili normativlərinə uyğun olaraq maliyyə və biznes təhlili edilməsi;
  • Təqdimat formalarının, memorandumlarının hazırlanması;
  • Mövcud bazar risklərinin aydınlaşdırılması;
  • Yekun kredit sifarişinin kredit komitəsinə təqdim olunması;
  • Müvafiq hesabatların hazırlanması.

Tələblər:

  • Maliyyə təhlili ilə bağlı yüksək bilik və bacarıqların olması;               
  • Riyazi və analitik düşünmə;
  • Bazar və əməliyyat risklərinin müəyyən edilməsi bacarığı;
  • Ofis proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
  • Təqdimat bacarığı.

Əlavə tələblər:

  • ACCA F3, F7 və s. sertifikatlarının olması, ofis proqramlarında yüksək bilik və bacarıqların olması arzu olunandır;
  • Mikro və ya KOB(Biznes) kreditlərində satış təcrübəsi olanlara üstünlük veriləcəkdir.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  
 

Zemfira Ms
Fins.az