VAKANSİYA

09 Dekabr

Satış əməliyyatları üzrə mütəxəssis - VAKANSİYA

"Azerconnect" MMC,  Satış əməliyyatları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Qrupun məhsuldarlığına və mənfəətinə ümumi təsirinə və ya rəhbərin tapşırıqlarına uyğun iş yükünü prioritetləşdirmək və icra etmək
  • Müştərilərin tələblərinə cavab vermək üçün tələb olunan texniki həlləri aktiv şəkildə əhatə etmək, müştərilərin görüşlərini, qarşılanmış və qarşılanmamış ehtiyaclarını qiymətləndirmək, həm müştəri, həm də şirkət üçün dəyərləri optimallaşdırmaq üçün təkliflər irəli sürmək
  • Müştəri qurumunun daxilində bütün iştirakı zəruri tərəflərin cəlb edilməsini təmin etmək. Lazımi dəstəyi təmin etmək məqsədi ilə zəruri hallarda həll yollarının uyğunlaşdırılmasını təmin etmək
  • Satış prosesində təklif olunan texniki həlli müşahidə edir və əməkdaşlığın bağlanmasının potensial riskləri haqda satış qruppasını xəbərdar edir
  • Təyin edilmiş partnorların nümayəndələri ilə məhsuldar, peşəkar əlaqələr qurmaq
  • Partnorların tələb və gözləntilərini qarşılamaq məqsədi ilə zəruri işçilərin, o cümlədən dəstək, xidmət və idarəetmə resurslarının prosesdə iştirakını təşkil və koordinasiya etmək
  • Təyin edilmiş partnorların sərfəli satış həcminin  və strateji məqsədlərinin  təyin edilməsi məqsidə ilə partnorlar ilə işdə  hədəfləri qarşılamaq
  • Məhsuldar partnor əlaqələrinin qarşılıqlı performans hədəflərini, maliyyə hədəflərini və kritik mərhələlərin həlli üçün birgə planlaşdırılmış tərəfdaş münasibətlərini proaktiv şəkildə aparmaq
  • Daimi əsaslarla proaktiv şəkildə partnyorların ehtiyaclarını dəqiqləşdirmək, qiymətləndirmək və təyin etmək
  • Müştərilərin ehtiyaclarını ən optimal texniki həllər vasitəsi ilə təmin edərkən bütün zəruri tərəflərin, şirkət işçilərinin və partnor şirkətlərinin iştirakı prosesinə rəhbərlik etmək
  • Aylıq satış hədəfinin qarşılanması və aşılması üçün cəhd edilməsi, təşkilat üçün maksimum fayda marjasının qazanılması
  • Yeni kommersiya imkanlarının müəyyənləşdirilməsi yolu ilə şirkətin inkişafı və satışların artımına əlavə dəyər qatmaq
  • Güclü və uzunmüddətli müştəri münasibətlərinin qurulması və saxlanılması
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası
  • Satış və satışa dəstək komandalarına iş prosesində lazımi dəstək göstərmək, lazım olduqda onları əvəz etmək
  • Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi
  • Şirkətə aid məlumatın məxfiliyinin gorunması
  • Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması

Tələblər:

  • Bakalavr dərəcəsi
  • Kanalın inkişafı ilə əlaqəli kanalı idarəetmə təcrübəsi;
  • Səmərəliliyin artırılması və uğura səbəb olan strukturlaşdırılmış satış prosesləri və strategiyalarının hazırlanması və tətbiq edilməsi bacarığı;
  • Müştəri, onun tələb və ehtiyacları, hədəfləri və məqsədləri üçün fokuslanmaq;
  • Korporativ idarəetmə siyasətinin və prosedurları idarəedilməsi üzrə təcrübə
  • Çox kanallı satış və texniki sahədə minimum 3-5 il iş təcrübəsi, telekommunikasiya sahəsində olan iş təcrübəsinə üstünlük veriləcək
  • Dil və kompyuter proqramları bilikləri
  • MS Office; Word, Outlook, Excel proqramları üzrə biliklər
  • Orta səviyyədə İngilis və Rus dilləri
  • Şəbəkə sahəsində sertifikatlara üstünlük verilir (məsələn, CCNA)
  • Radio və MPLS şəbəkəsi haqqında biliklər, şəbəkə infrastrukturunu anlamaq

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az