"Bakcell" MMC, Korporativ kommunikasiyalar və media ilə əlaqələr üzrə ekspert vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Strateji kommunikasiya kampaniyalarının şirkətin ümumi strategiyasına uyğun və əlaqəli tərzdə tərtibatı və icrasına nəzarət;
- Məzmun təqviminin tərtibatı və icrası;
- Məzmun təqviminə uyğun strateji məzmunun hazırlanması, 3 dildə şirkətin səs tonuna uyğun adaptasiyası;
- Kommunikasiya kampaniyalarının il ərzində planlı şəkildə icrası, ictimai və şirkətdaxili rəyin dəyərləndirilməsi;
- “Brend səfirləri” və influenserlərlə əməkdaşlıq proqramı;
- Strateji mövqe və dəyərlərin formalaşdırılması istiqamətində strukturlu PR tədbirlər planının koordinasiyası (inteqrasiyalar, çıxışlar, müsahibələr, məqalələr və s.);
- Daxili kommunikasiyanın şirkətdaxili prosedurlara uyğun şəkildə tərtibatı və icrasına nəzarət.
Tələblər:
- İctimaiyyətlə Əlaqələr, Kommunikasiyalar, Jurnalistika, Marketinq və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi və ya magistr dərəcəsi;
- Uzun illər məzmun yaradıcıllığında peşəkar təcrübə;
- Müvafiq sahədə on ildən artıq peşəkar təcrübə;
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, yaxşı səviyyədə rus dili biliyinə üstünlük verilir;
- Microsoft Office, ictimaiyyətlə əlaqələr proqramları və sosial media platformaları kimi kompüter proqramlarında bilik.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az