"ABB" ASC, VİP müştərilərlə iş şöbəsinin müştəri meneceri mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Təhkim olunmuş cari VİP müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;
- Yeni VİP müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək;
- Müştərilərə zənglər vasitəsilə və ya onların iş yerlərini ziyarət etməklə Bankın məhsul və xidmətləri barədə ətraflı məlumat vermək, təqdimat etmək;
- Müştəri sorğularını bankdaxili strukturlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək prob lemlərin həllinə sonadək dəstək olmaq;
- Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
- Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımı işlərin görülməsi.
Tələblər:
- Ali iqtisadi təhsilə;
- Azərbaycan və rus dilini səlis bilənə; ingilis dili arzu olunandır;
- Bank təcrübəsinə (mütləqdir);
- Pərakəndə və ya korporativ müştərilərlə iş sahəsində minimum 2 il təcrübəyə;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
- Stresə davamlılığa;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az