"Yelo Bank" ASC, Alternativ kanallar ilə satış departamenti / Məlumat mərkəzinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Müştərilərin müraciətlərinin qeydiyyatının aparılması və aidiyyəti üzrə yönləndirilməsi;
- Sosial şəbəkələr üzrə daxil olan sorğuların cavablandırılması;
- Müştəriyə xidmət, tarif, prosedur və aksiyalar ilə bağlı bütün lazımı məlumatların təqdim edilməsi;
- Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq.
Tələblər:
- Ali təhsil;
- Microsoft Office proqramlarının istifadəçi səviyyəsində biliklər;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazma qabilliyyəti;
- Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi arzuolunandır.
- Məsuliyyətlilik və inkişafa meyillilik.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az