"Yelo Bank" ASC, Xəzinədarlıq departamenti, Pul və valyuta bazarında əməliyyatlar şöbəsinə kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Pul, valyuta və qiymətli kağızlar bazarlarında aparılan əməliyyatlar üzrə sənədlərin hazırlanması
- Pul, valyuta və qiymətli kağızlar bazarlarında aparılan əməliyyatlar üzrə məlumatların Bank ABİS-ə daxil edilməsi
- Pul, valyuta və qiymətli kağızlar bazarlarında aparılan əməliyyatlar üzrə məlumatların SWIFT terminalına daxil edilməsi
- Pul, valyuta və qiymətli kağızlar bazarlarında aparılan əməliyyatlar üzrə sənədlərin toplanması və saxlanmasının təmin edilməsi
- Pul, valyuta və qiymətli kağızlar bazarlarında aparılan əməliyyatlar üzrə hesablaşmaların monitorinqi
- Valyuta məzənnələrinin monitorinqi
- Hesabatların hazırlanması
- Pul, valyuta və qiymətli kağızlar bazarlarında aparılan əməliyyatların optimallaşdırılması və təkmilləşdirilməsi layihələrində iştirak etmək
- Şöbənin fəaliyyətinə aid olan daxili normativ sənədlərin yaradılmasında, yenilənməsində və təkmilləşdirilməsində iştirak etmək
Tələblər:
- Müvafiq sahədə minimum 6 (altı) ay bank təcrübəsi
- Ali təhsil;
- Microsoft Office proqramları ilə işləmə bacarığı (xüsusilə Word, Excel, Power Point)
- Azərbaycan dili – mükəmməl bilmək, rus, ingilis dilləri üzrə biliklər arzu ediləndir
- Analitik təhlil, kritik düşünmə bacarıqları
- Təşəbbüskarlıq, məsuliyyət, dəqiqlik
- Stress vəziyyətlərdə işləmək bacarığı
- Komandada işləmək bacarığı
- Müstəqil işləmək bacarığı
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az