"ABB" ASC, Ekvayrinq layihələrin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Ekvayrinq layihələri üzrə bazar araşdırılması aparmaq və yeni məhsulların hazırlanması üzrə təkliflər hazırlamaq;
- Ekvayrinq məhsulları üzrə texniki tapşırıqların yazılması, layihələrinin idarə edilməsi;
- Potensial müştərilər və seqmentlər üzrə təhlillərin aparılması;
- Məhsullar, biznes vahidləri üzrə təhlillərin aparılması;
- Müvafiq təhlil hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi və yeni məhsulların bazara çıxarılması ilə bağlı müvafiq işlərin tamamlanması;
- Departamentin digər bölmələri tərəfindən sifariş olunan layihələrə dəstəyin göstərilməsi.
Tələblər:
- Ali texniki və ya iqtisadi təhsilə;
- Ekvayrinq sahəsi üzrə minimum 3 illik təcrübəyə
- İnduktiv və analitik təhlil bacarığına;
- Təqdimat bacarığına;
- Bank işi və bank əməliyyatlarına dair ümumi biliklərə;
- Analitik və məntiqi təfəkkür, problemləri həll etmək, analitik mühakimə yürütmək və əsaslandırmaq, problemə müxtəlif kontekstlərdən baxmaq və həll etmək bacarığına;
- Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və PowerPoint biliklərinə;
- Rus dili və İngilis dili biliyinə sahib olan namizəddir.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az