"Pasha Bank" ASC, Kredit İnzibatçılığı şöbəsinin Korporativ qrupunun Baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Sənədlər toplusu üzrə bütün lazimi sənədlərin tamlığının yoxlanılması;
- Müqavilələrin yoxlanılması;
- ABS-ə daxil edilən məlumatların yoxlanılması və təsdiqlənməsi, monitorinq edilməsi;
- Girov və təminatların ABS-də yoxlanılması və təsdiqlənməsi, monitorinq edilməsi;
- Şöbəyə daxil olunan sorğularin əməkdaşlar arasında bolüşdürülməsi və cavabllandırılmasının təmin edilməsi;
- Gündəlik edilən icra əməliyyatların gün sonu ABS və kağız daşıyıcıda düzgünlüyünün nəzarəti;
- Maliyyə arayışlarının yoxlanılması;
- Ayrılmış öhdəliklər üzrə şərtlərin “Covenant List” bölməsinə düzgün doldurulmasına nəzarət edilməsi;
- Şərtlərin yerinə yetirilmələri üzrə nəzarətin edilməsi;
- Əməliyyatların ehtiyatla qeydiyyatı və tələb olunan məlumatın elektron məlumat bazasına doldurulması;
- Bankda effektiv kredit əməliyyatların icrasına dəstək;
- Şöbə daxilində bütün funksiyaların müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi;
- Hər hansı kreditlə əlaqəli istənilən növ tələblərin cavablandırılması;
- Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notariat qaydada qanuniləşdirilməsi;
- ABS-lə bağlı olan məsələlərin test edilməsi, texniki tapşırıqların yazılması, yeni produktların yaradılmasında iştirak;
- Balansdankənar kreditlərin silinməsi / Qətnamələrin uyğunlaşdırılması;
- Daxili qaydalar ilə müəyyən olunmuş işlərin icrası;
- Daxili qayda və proseslərin yazılmasında iştirak;
- Kredit əməliyyatlarının icrası zamanı problemli məsələlərin müəyyən edilməsi və daxili məsələlərin həlli zamanı müvafiq addımların atılması, ehtiyac olduqda digər departamentlərə dəstəyin göstərilməsi;
- Kredit məhsulları ilə bağlı sualların cavablandırılması;
- Kreditin təsdiqi prosesindən sonra aidiyyəti departamentlərlə ünsiyyət;
- Hazırlanmış Bank hesabatlarının yoxlanılması;
- MKR-ə məlumatların ötürülməsinə nəzarət;
- SQO-nun tapşırıqlarınin yerinə yetirilməsi;
- Bankın əməkdaşlıq etdiyi fondlarla işlərin düzgün görülməsinə nəzarət;
- Fondlarla əlaqələrin saxlanılması;
- Şöbə daxili və xarici yaranmış sualların cavablandırılmasına nəzarət.
Tələblər:
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: kredit inzibatçılığı üzrə minimum 3 il
- Xarici dillər: İngilis dili (orta), Rus dili (orta), Azərbaycan dili (yüksək səviyyədə)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az