VAKANSİYA

29 Noyabr

Auditor/aparıcı auditor - VAKANSİYA

"Bank Respublika" ASC, Daxili Audit Departamentinə auditor/aparıcı auditor vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
  • Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
  • Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahəmin risk təhlilini həyata keçirmək;
  • Proseslərin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.

Tələblər:

  • Ali təhsil (iqtisadi və ya hüquqi);
  • Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
  • Excel proqramında işləmək bacarığı;
  • Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 
 

Zemfira Ms
Fins.az