VAKANSİYA

28 Noyabr

Məhsullar üzrə marketinq eksperti - VAKANSİYA

"Yelo Bank" ASC, Məhsullar üzrə marketinq eksperti vəzifəsi (supervayzer) üzrə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Bank məhsulları üçün marketinq strategiyasının hazırlanması və icra edilməsi;
  • Müştəri ehtiyaclarının analizi və bazar tədqiqatı apararaq uyğun məhsul və xidmətlərin təşviq edilməsi;
  • Rəqəmsal və ənənəvi marketinq kanallarında kommunikasiya planlarının hazırlanması;
  • Bankın satış və məhsulların inkişafı komandaları ilə əməkdaşlıqda marketinq fəaliyyətlərinin uyğunlaşdırılması;
  • Marketinq kampaniyalarının effektivliyini ölçmək və nəticələrə əsasən optimallaşdırma aparmaq;
  • Müştərilərə yönəlik məhsul və xidmətlərin inkişafı istiqamətində yenilikçi həllər təklif etmək.

Tələblər:

  • Marketinq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 5 il təcrübə;
  • Marketinq alətləri və strategiyaları barədə dərin biliklər;
  • Güclü analitik bacarıqlar və bazar tədqiqatı sahəsində təcrübə;
  • Komanda ilə işləmə bacarığı və güclü ünsiyyət qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı idarəetmə bacarığı.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az