VAKANSİYA

25 Noyabr

Daxili audit departamentinə auditor - VAKANSİYA

"ABB" ASC, Daxili audit departamentinə auditor / aparıcı / baş auditor vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək,
  • Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
  • Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
  • Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
  • Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
  • Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
  • Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.

Tələblər:

  • Korporativ və mikro kredit/maliyyə/data analitika/kredit risklərinin idarəedilməsi sahələrində minimum 2 illik təcrübə;
  • Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olmaq;
  • Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;
  • Analitik və kritik düşünmə;
  • Təşəbbüskarlıq və əzmkarlıq;
  • Qərəzsizlik, tərəfsizlik, müstəqillik;
  • Məsələlələrə mikro və makro baxış;
  • Yüksək ünsiyyət bacarıqları;
  • Davamlı inkişaf həvəsi və s;
  • Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan;
  • Microsoft Office və/və ya data analitik proqramlar ilə işləmə bacarığına sahib olan;
  • Vətəndaş qüsursuzluğu olan şəxsdir.

QEYD: Aşağıdakı sahələr üzrə müvafiq təcrübə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcəkdir.

  • Maliyyə - Bankların maliyyə strukturlarında və ya BIG 4 şirkətlərində maliyyə sahəsi üzrə auditor təcrübəsi, CIA, ACCA, CFA, DipIFR və s. aidiyyəti sertifikatlar;
  • Data analitika – Böyük data ilə çalışma və hesabatlıq təcrübəsi, SQL, Phyton, VBA və s. data analitika proqramlarını bilmə;
  • Risk –Kredit və əməliyyat riskləri sahəsində təcrübə, FRM,CERA, CRM və s. aidiyyəti sertifikatlar;
  • Məhsul və proseslərin idarəedilməsi – Məhsul sahibi, biznes analitik,  scrum master, biznes proseslərin optimallaşdırılması və layihələrin idarə edilməsi sahəsində təcrübə, PMP, PBA, CSM, ACP,  CPM və s. aidiyyəti sertifikatlar.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az