"Bank Respublika" ASC, Büdcə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
- Mütəmadi olaraq əhəmiyyətli kənаrlaşmalar bаrədə hesabatların hazırlanması;
- Cаri əməliyyаt fəаliyyəti üzrə büdcənin və prоqnоzlаrın, о cümlədən pul vəsаitlərinin qısаmüddətli və uzunmüddətli hərəkət prоqnоzlаrının tərtibi;
- Büdcənin səmərəliliyi, maliyyə göstəricilərinin analizi və s. hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və ya müvafiq sahədə bakalavr dərəcəsi);
- Büdcələmə/planlama, maliyyə, təhlil, hesabatlılıq üzrə 2 il iş təcrübəsi;
- Excel bacarıqları və maliyyə modelləşdirmə və təhlili ilə bağlı təcrübə;
- Maliyyə sertifikatları (ACCA F2, F3, F5, F7) arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri texniki səviyyədə arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az