"Azerconnect" MMC, Hesabat üzrə ekspert (Reporting expert) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Gəlir hesablarındakı dəyişikliklərin, dalğalanmaların və meyllərin aylıq, rüblük və illik təhlilini aparmaq;
- Gəlir hesabatlarına aid mühasibat, biznes və sistem proseslərinin işlənib hazırlanması/ təkmilləşdirilməsi ilə bağlı fəaliyyətin planlaşdırılmasında iştirak etmək;
- Günlük, həftəlik və aylıq hesabat paketlərini və Əsas Keyfiyyət Göstəriciləri üzrə operativ hesabatları tərtib etmək;
- Texniki (Excel, Powerpoint BI, Teblea vs a) bacarıqların və nəzəri biliklərin (ACCA sertifikatı, IFRS təlimləri və s.) daim təkmilləşdirilməsi;
- Aktiv olmaq və davamlı olaraq menecerdən yeni tapşırıqlar istəmək;
- Hər bir tapşırığa maksimum səy göstərmək və son nəticəni əldə etmək üçün bütün imkanlardan istifadə etmək;
- Gəlir hesabatlılıq prosesinin yaxşılaşdırılması üçün yeni fikirlərin irəli sürülməsi və həyata keçirilməsi.
Tələblər:
- Mühasibat uçotu, Vergi, Maliyyə və ya İqtisadiyyat sahəsində bakalavr və ya daha yüksək təhsil;
- Maliyyə hesabatlılığı və IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) sahəsində sübut olunmuş təcrübə;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- İngilis dilində yazılı və şifahi ünsiyyət bacarıqları;
- MS Office proqramlarında, xüsusilə MS Excel və MS PowerPoint-də qabaqcıl səviyyədə işləmək bacarığı.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az