"ABB" ASC, Ekvayrinq biznesinə dəstək şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Partnyorlara bankın ekvayrinq məhsulları və xidmətləri barədə ətraflı məlumat vermək;
- E-ticarət üzrə mövcud partnyor bazasını idarə etmək, partnyor istəklərini çevik cavablandırmaq;
- Banka perspektivli e-ticarət partnyorların cəlbini təmin etmək, cari partnyorlarla tərəfdaşlığın genişlənməsini təmin etmək;
- E-ticarət üzrə partnyorluq müraciətlərini qəbul etmək və işin icrasına nəzarət etmək;
- Ekvayrinq biznesi üzrə gəlir və xərcləri analiz etmək;
- Fintex məhsulları üzrə bazar araşdırması, bu istiqamətdə yeni məhsulların yaradılması üçün təkliflərin hazırlanmasını təmin etmək;
- Fintex-lərdən daxil olan sorğuların araşdırılması, yaranan problemləri müəyyən edərək həll edilməsini təmin etmək;
Tələblər:
- Ali təhsili;
- Ekvayrinq (e-ticarət) sahəsində satış üzrə minimum 1 il iş təcrübəsi olan;
- Ekvayrinq məhsulları haqqında biliklərə sahib olan;
- Yüksək səviyyədə danışıqlar aparma və kommunikasiya qurma bacarığı olan;
- Analitik təhlil etmə bacarığı olan;
- Komandada işləmək bacarığı olan;
- Səlis Azərbaycan dili bilini (Rus və ingilis dili arzuolunandır) bilən;
- Microsoft Office proqramlarında işləmə bacarığı olan;
- Məsuliyyətli və nəticəyönümlü olan;
- Operativ və stress altında işləmə bacarığı olan şəxsdir.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az