"Norm" ASC, Debitor hesablar üzrə mühasib vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi.
- Mühasibatlıq üzrə diplom
- Mühasibatlıq üzrə üzrə 2 ildən artıq iş təcrübəsi
- İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
- ACCA, CIMA, CPA sertifikatları üzrə göstəricilərin olması üstünlükdür
- SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır
Vəzifə və öhdəliklər:
- Ödəniş və digər gəlir hesablarının adekvat şəkildə idarə olunması, habelə dəqiq surətdə və vaxtında başa çatdırılması üçün əməliyyatların uçotunun aparılması, hesabların təhlili və əsas hesabların tutuşdurulmasının təmin edilməsinə cavabdehlik
- Müştəri/təchizatçı arasında baş verən mübahisələr, hesab və qalıqların təhlili, proses və ya sistemlə bağlı məsələlər və s. meydana çıxan müxtəlif problemlərin həllinə köməklik etməklə departament rəhbərliyinə dəstək verir
- Müştəri hesab-fakturalarının sistemə daxil edilməsi, satış hesabatı və satışla bağlı vergilər
- Bütün müştəri hesab-fakturalarının və ödənişlərinin ERP sistemində düzgün kodlaşdırılmasının təmin edilməsi
- Müştəri ödənişlərinin qeydiyyata alınması və təşkili
- Müştəri suallarının cavablandırılması
- Müştəri müraciətlərinə baxılması və lazım gələrsə hesablardakı uyğunsuzluqların aradan qaldırılması
- Debitor borclar və müştəri xidmətləri ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili, üzləşmələrin aparılması və idarə olunması
- Pul vəsaitlərinin dəqiqliyinin və satışla bağlı uyğunlaşdırmaların vaxtında yerinə yetirilməsinin təmin olunması
- Departamentdə yeni və möcud siyasətlər və prosedurlara riayət olunması və dəstəklənməsi
- Ayın sonunda mühasibat uçotu hesablarının bağlanmasına və maliyyə hesabatlarının tamamlanmasına dəstək
- Lazım gələrsə mühasibatlıqla bağlı digər layihələrin dəstəklənməsi
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Zemfira Ms
Fins.az