"Pasha Bank" ASC, Özəl bankçılıq üzrə müştəri meneceri vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Satış texnikası üsüllarından səmərəli istifadə etməklə yeni müştərilərin cəlb edilməsi;
- Müştərilərə fərdi yanaşma nümayiş etdirərək yeni aktivlərin cəlb edilməsi və sabit artımını təmin edilməsi;
- Yüksək gəlir sahibi olan müştərilərin fərdi bank məhsulları ilə təmin edilməsi;
- Müştərilərin gündəlik sorğu və ehtiyaclarının müəyyən edilməsi və qarşılanması;
- Müştərilərə fərdi yanaşma istifadə etməklə yüksək qəlirlik əldə etmək;
- Zəruri hallarda müvafiq departamentlərə istinad etməklə bank qaydalarının, prosedurlarının, siyasətinin və normativ tövsiyələrinin öz fəaliyyətində daima istifadə edilməsi;
- Müştərilərinin maksimum məmnunluğunu təmin etmək üçün yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi;
- Müştərilər haqqında məlumatın mühafizə edilməsi və məlumatın məxfiliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsi;
- Müştərilərə qeyri – maliyyə və məsləhət xidmətlərinin verilməsi;
- Analitik alətlərdən istifadə etməklə müştəriləri portfelinin qiymətləndirilməsi.
Tələblər:
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
- Tələb olunan iş təcrübəsi: 2- il;
- Xarici dillər: İngilis, Rus;
- Kompüter bilikləri: Microsoft Office;
- Məhsul üzrə biliklər: Bank məhsulları;
- Bazar üzrə biliklər: bank qanunvericiliyi, bazar tendensiyaları.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az