"Bank of Baku" şirkəti, İnternet bankçılıq şöbəsinin eksperti vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Bazarın monitorinqi, təhlili, rəqabət mühitinin araşdırılması;
- İnternet Bankçılıq üzrə xidmətlərin inkişafı üçün analizlər aparmaq;
- Analiz nəticələrinə uyğun olaraq həllər təklif etmək;
- İnternet bankçılıqda funksional yenilikləri test etmək;
- İnternet bankçılıq üzrə müştərilər ilə birbaşa işin təşkin təşkilini həyata keçirmək (müştəriləri seqmentlərə ayırmaq, daimi müştərilər ilə aktiv əlaqədə qalmaq, təklif və şikayətlərini dəyərləndirmək);
- İnternet bankçılığın inkşafı üçün IT komandasına verilən tapşırıqların icrası prosesinə nəzarət etmək.
Tələblər:
- Ali təhsil tələb olunur;
- Sahə üzrə 0-1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan - Mükəmməl, Rus - Yüksək, İngilis - Orta;
- MS Office - Orta.
Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Zemfira Ms
Fins.az