“Unibank” KB ASC, VİP pərakəndə xidmətlər üzrə departamentin eksperti vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Təsvir:
- VİP müştərilərə hər növ bank xidməti göstərmək;
- VİP müştərilərə xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflərin hazırlanmaq və bu təkliflərə baxılması üçün Departament Rəhbərinə təqdim etmək;
- VIP müştərilərlə müntəzəm olaraq görüşlərin aparmaq və təşkil etmək;
- VIP müştərilərin cəlb olunması üçün müxtəlif bank məhsulları/xidmətləri və fərdi bank xidmətləri bölməsinin digər xidmətləri bağlı prezentasiyalar hazırlanmaq və təşkil etmək;
- VİP müştərilərə fərdi bank xidmətləri bölməsinin və investisiya məhsulları/xidmətləri üzrə məsləhətlər vermək;
- Bankın VİP müştəriləri haqqında məlumat bazasının aparılmasına nəzarət etmək;
- VIP müştərilərə lazımi məsləhətlərin verilməsi üçün bank xidmətləri bazarını və iqtisadi tendensiyaları təhlil etmək;
- VIP müştərilərə xidmət göstərmək üçün bank tariflərinin hazırlanmasında iştirak etmək;
- VIP müştəri hesablarının monitorinqinə nəzarət etmək;
- VIP müştərilər haqqında analitik məlumatlar hazırlanmaq;
- VIP müştərilərin tələblərinin yerinə yetirilməsi üçün şöbənin beynəlxalq və yerli tərəfdaşları ilə daimi sıx əlaqədə olmaq;
- VİP müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi üçün bölmənin tərəfdaş şəbəkəsinin daimi genişləndirilməsi istiqamətində təkliflər hazırlamaq və Departament Rəhbərinə təqdim etmək.
Tələblər:
- Ali təhsil (iqtisadi təhsil arzu olunandır);
- Bank sektorunda müştərilərlə ən azı 3 illik iş təcrübəsi;
- Bank işi və iqtisadi nəzəriyyə biliklər barədə məlumatlı olmaq;
- Bütün növ Bank xidmətlərini bilmək;
- Bank işi, müasir iqtisadi və maliyyə nəzəriyyəsi barədə məlumatlı olmaq;
- Maliyyə bazarı alətləri barədə məlumatlı olmaq;
- Bankdaxili qayda və təlimatları, Mərkəzi Bankın təlimatlarını bilmək;
- Müştərilərlə iş təcrübəsi və ünsiyyət qurmaq bacarığı;
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Problemlərin həllinə analitik yanaşma qabiliyyəti;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excell, Power point, Outlook Express və s.);
- Azərbaycan dili - Ana dili; İngilis dili - sərbəst danışıq və yazışma
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az