VAKANSİYA

01 Noyabr

Fərdi sığorta şöbəsinin müştəri meneceri - VAKANSİYA

"PASHA Life" şirkəti, Fərdi sığorta şöbəsinin müştəri meneceri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş Fərdi satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
  • Cəmiyyətə yeni Fərdi müştərilərin cəlb olunmasını həyata keçirmək;
  • Mövcud Fərdi müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq;
  • Mövcud Fərdi müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
  • Debitorların ödənilməsini təmin etmək;
  • Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək;
  • Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.

Tələblər:

  • İş təcrübəsi: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur;
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta;
  • Kompüter bilikləri: MS Office: orta;
  • Üstünlüklər: Riyazi biliklərə və iqtisadi təhsil ixtisaslarına üstünlük veriləcək.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  

Zemfira Ms
Fins.az