"Azerconnect" MMC, Biznes Proseslərinin İdarə olunması üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Mövzu eksperti olaraq xidmət göstərmək, ən yaxşı təcrübələri tədqiq etmək və müqayisə etmək, innovativ yanaşmaları müəyyənləşdirmək, layihə boyunca effektiv əlaqə və uyğunluğu qorumaq, əməliyyat mükəmməlliyinə nail olmaqla əsas əməliyyat, korporativ tənzimləmə və prosedur sənədlərinin hazırlanmasına rəhbərlik etmək;
- Proses təkmilləşdirmə və proses yenidən qurma imkanlarını müəyyənləşdirmək, təsdiqləmək, təhlil etmək və çatdırmaq. İxtisas sahələr üçün effektivliyi artırmaq, xərcləri azaltmaq və tətbiq keyfiyyətini yaxşılaşdırmaq üçün proses təhlil və yenidən qurma tədbirləri tərtib etmək;
- Şirkətin iş prosesləri və siyasətlərinin dizayn edilməsi, inkişaf etdirilməsi və tətbiq edilməsində yardım və dəstəyi təmin etmək;
- Layihələndirilmiş siyasətin / prosedurların keyfiyyətinin yoxlanılmasını, onların digər daxili sənədlərə üst-üstə düşməsini təmin etmək, prosesləri müvafiq maraqlı tərəflərlə uyğunlaşdırmaq, təsdiqləmə və müvafiq xəbərdarlıq/rabitə prosesini koordinasiya etmək, elektron və fiziki saxlamanı təmin etmək;
- BPM-ə əlaqəli təkmilləşdirmə, rəqəmsallaşdırma və əməliyyat layihələri ilə yardım etmək, proses iş axınlarının düzgün şəkildə layihələndirildiyindən əmin olmaq;
- Tələb olunan yerlərdə cari iş prosesləri ilə gələcəkdəki proseslər arasında boşluq analizi və qiymətləndirməni təmin etmək ('Hazırkı vəziyyət' vs. 'Olmağı tələb edən vəziyyət');
- Bütün BPM alətlərinin / proqramların “end-to-end” idarə edilməsi və sənədlərin versiyalarının Zəruri Fayl Serverində və elektron korporativ Kitabxanada vaxtında yerləşdirilməsi və yenilənməsinin təminatı;
- Şirkətin geniş yayılmış proses standartlarını və qəbul edilmiş şablonları yenidən nəzərdən keçirmək və təkmilləşdirmək;
- BPM-ə əlaqəli audit tələblərinə dəstək vermək, əməliyyat planının tətbiqi ilə iş funksiyalarını təmin etmək;
- E2E sənədlərin çatdırılmasına nail olmaq üçün BPM Hesabat faylının davamlı nəzarət və yenilənməsi;
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/ yazılı tapşırıqları icra etmək;
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.
Tələblər:
- İqtisadiyyat və ya əlaqəli sahələrdə ali təhsil;
- Biznesin idarə olunması üzrə magistr təhsili olanlara üstünlük veriləcək;
- Biznes proseslərinin optimallaşdırılması, məsləhət layihələri və əlaqəli sahələrdə bilik və bacarıqlar;
- Telekommunikasiya sənayesini anlamaq (üstünlük verilir);
- Yüksək təhlil və təşkilati bacarıqlar;
- Güclü yazılı və şifahi kommunikasiya bacarıqları;
- Güclü PowerPoint və digər görsəlləşdirmə/presentasiya alətləri bilikləri;
- Vaxt idarəetmə bacarıqları;
- Rəhbərlik və təşkil edici bacarıqlar;
- Biznes proses modelini hazırlamaq, təkmilləşdirmək və konsaltinq layihələri üçün 2 illik təcrübə;
- Əsas sənaye əməliyyatları sahəsində təcrübəyə sahib olan namizədlərə üstünlük veriləcək;
- Azərbaycan və İngilis dillərini sərbəst bilmək;
- Rus dilini bilmək üstünlükdür;
- MS Office-in qabaqcıl istifadəçisi olmaq (xüsusilə MS Project və MS Excel və MS Visio və MS Power Point);
- Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az