VAKANSİYA

31 Oktyabr

Təşkilati risklərin idarə edilməsi şöbəsinin rəhbəri - VAKANSİYA

"Pasha Bank" ASC, Təşkilati risklərin idarə edilməsi şöbəsinin rəhbəri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Bankın Risk Strategiyasının, Risk İştahasının və Risklərin idarə edilməsi Siyasətinin hazırlanmasının təmin edilməsi;
  • Bankda Risk İştahasının müəyyən edilməsi və Strategiya ilə uyğunlaşdırılması işinin təşkili;
  • Bankda Risklərin Transformasiyası üzrə tədbirlər planının hazırlanması işinin təşkili;
  • Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi işinin təşkili;
  • Risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsi üzrə koordinasiya işinin təşkili;
  • Bankın ümumi KPİ-i olan Risk Sağlamlıq İndeksinin (RHİ) hədəflənmiş səviyyədə saxlanılması istiqamətində müvafiq tədbirlər planının icrasının təşkili;
  • Risklərin idarə edilməsi üzrə digər funksional bölmələrə konsultasiya və metodoloji dəstəyin göstərilməsinin təmin edilməsi;
  • Risklərin İdarə edilməsi prizmasından Bankda Strategiya və Biznes hədəflərinin müəyyənləşdirilməsində iştirak edilməsi və risk mövqeyinin təmin edilməsi.

Tələblər:

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
  • İş təcrübəsi: Risk və ya müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Xarici dil: İngilis dili (səlis)
  • Kompüter bilikləri: Microsoft Office
  • Lisenziya/ Sertifikat: Bank risklərinin strateji idarə edilməsi və ya FRM üzrə sertifikata üstünlük verilir.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  

Zemfira Ms
Fins.az