"Xalq Bank" ASC, Risklərin İdarə Edilməsi İdarəsinin Risklərə nəzarət və hesabatlıq şöbəsinin böyük/baş mütəxəssisi vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Biznes proseslərin monitorinqinin keçirilməsi;
- Bankdaxili sənədlərin risk baxımından qiymətləndirilməsi, onlara rəy və təkliflərin verilməsi;
- Risklərə nəzarət və qiymətləndirilmənin keçirilməsi;
- Risklərin qarşısını almaq/azaltmaq üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- Mümkün riskləri aradan qaldırmaq üçün biznes-proseslərin təkmilləşdirilməsi;
- Analitik hesabatların hazırlanması.
Tələblər:
- Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
- Risk və Maliyyə sahələri üzrə ən azı 3 illik təcrübə;
- Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
- İngilis dili biliyi mütləqdir;
- Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- BI və data analitika bilikləri;
- Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklərə malik olmaq;
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üsulları barədə məlumatlı olmaq;
- Kredit, bazar, əməliyyat və likvidlik risklərinin idarə edilməsi üzrə biliklər;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Analitik düşünmə və tədqiqat bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az