VAKANSİYA

31 Oktyabr

Bank sisteminin idarəedilməsi şöbəsinin mütəxəssisi - VAKANSİYA

"Bank Respublika" ASC, Bank sisteminin idarəedilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Bank sistemlərinin keyfiyyətinə nəzarət edilməsi;
  • Problemlərin aşkarlanmasında, analizində və həll olunmasında dəstək olunması;
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
  • Bank əməliyyat sisteminin gün bağlanma əməliyyatlarına nəzarət edilməsi;
  • Maillərə nəzarət etmək və cavablandırmaq;
  • Jira və Zoho sistemində adlarına qeyd olunmuş tasklara nəzarət və həll olunması.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Bank məhsulları haqqında biliklər;
  • Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklər;
  • Core Bank” sistemində işləmək bacarığı olan namizədlərə üstünlük verilir;
  • Yeni məlumatları tez anlamaq, analiz və tətbiq etmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili və İngilis dili arzuolunandır;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.  

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az