"Azercell Telekom" MMC, mühasib vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Bütün maliyyə əməliyyatlarını mühasibat standartlarına və şirkət siyasətlərinə uyğun olaraq qeydə almaq;
- Hesablar və reyestrlər üzrə əməliyyatların düzgün qeyd etmək;
- Maaşların, ezamiyyət xərclərinin, istifadə olunmamış məzuniyyət günlərinin, analıq və xəstəlik məzuniyyətlərinin SAP ERP sistemlərində əks etdirmək;
- Maliyyə qaydalarına ciddi riayət olunmasını, inzibati, əməliyyat və digər xərclərin mühasibat qeydlərində düzgün əks etdirmək;
- Əsas vəsaitlərin reyestrini saxlamaq və yeniləmək, aktivlərin alınmasını, satışını və köçürülməsini izləmək;
- Əsas vəsaitlərin amortizasiyasını və köhnəlməsini mühasibat siyasətlərinə uyğun olaraq qeydə almaq;
- Əsas vəsaitlərin fiziki mövcudluğunu və düzgün qiymətləndirilməsini təmin etmək üçün mütəmadi auditlər aparmaq;
- Aktivlərin dəyərdən düşməsi, təmir və texniki xidmət ilə bağlı düzgün sənədləşməni və mühasibat uçotunu təmin etmək;
- Baş kitab hesablarını yoxlamaq, maliyyə qeydlərində dəqiqliyi təmin etmək;
- Təchizatçı fakturalarını nəzərdən keçirmək və işləmək, düzgün sənədlərin və təsdiqlərin olmasını təmin etmək;
- Təchizatçılara vaxtında ödənişləri təmin etmək və ödəniş cədvəllərini saxlamaq;
- Köçürmə sorğuları və ödəniş tapşırıqlarını hazırlamaq, həm daxili, həm də beynəlxalq əməliyyatları daxil etmək;
- Mənfəət vergisi, ƏDV, ÖMV, əmək haqqı vergiləri və digər qanuni öhdəliklər daxil olmaqla, bütün vergi bəyannamələrinin hazırlanmasında iştirak etmək;
- Statistik və DSMF hesabatlarının hazırlanmasında iştirak etmək;
- Vergi ilə bağlı sənədləri saxlamaq və düzgün vergi tutulmalarını və ödənişlərini təmin etmək;
- Daxili və kənar auditlərə tələb olunan sənədləri və izahları təqdim edərək dəstək olmaq;
- Baş Mühasib tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
- Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat sahəsində ali təhsil;
- Minimum 2 il müvafiq iş təcrübəsi (Bank və FinTex sahələrində təcrübə üstünlükdür);
- Peşəkar mühasib sertifikatı (PMS) və ya ACCA (FA və FR) arzuolunandır;
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanun;
- Mühasibat uçotu haqqında qanun;
- Maliyyə və mühasibat standartları və hesabat;
- AR Vergilər Məcəlləsi;
- SAP ERP proqramından istifadə bacarığı;
- Microsoft Office proqramlarından istifadə bacarığı.
Dil bilikləri:
- Azərbaycan dili yuksək səviyyədə bilik;
- İnilis dili-yaxşı səviyyədə bilik.
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi;
- İxtisas Testləri;
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə.
Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.
Zemfira Ms
Fins.az